Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Şahmat çempionu açıq məktubla çıxış etdi

Qrossmeyster Şəhriyar Məmmədyarov uğur qazanmasında rolu olan hər kəsə təşəkkür edib

Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionatında qələbə qazanan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov açıq məktubla çıxış edərək uğurun əldə olunmasında ona dəstək olan insanlara təşəkkür edib. 

 

Qrossmeyster məktubda turnirdən sonra sosial şəbəkələrdə çoxlu sayda təbriklər oxuduğunu, e-mail poçtuna və şəxsi telefonuna gələn təbriklərin onu daha da həvəsləndirdiyini qeyd edib. 

 

Şəhriyar Məmmədyarov qələbəsini Azərbaycan şahmatının və idmanının uğuru kimi qiymətləndirib. O, uğur əldə etməsinə dəstək olanlara, xüsusilə də azarkeşlərinə, Gənclər və İdman nazirliyinə, Azərbaycan Şahmat Federasiyasına və media nümayəndələrinə təşəkkür edib. 

 

Xatırladaq ki, 20 ölkədən 58 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Şəhriyar Məmmədyarov 15 oyundan 11.5 xalla dünya çempionu adını qazanıb. Ötən il çempionatın qalibi rusiyalı Sergey Karyakin olub.

 






12 İyun, 2013  02:18 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner