.
Portuqaliyalı ulduz Kriştianu Ronaldo futbol karyerasını Madridin "Real" komandasında başa vuracaq. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu "Kral klubu"nun prezidenti Florentino Peres deyib.
Bununla da Perez ulduz futbolçunun "Real"dan getməsi barədə yayılan söz-söhbətlərə son qoyub.
Daha əvvəl verilən məlumata görə, "Mançester Yunayted" Ronaldoya görə "Real" rəhbərliyinə 65 milyon funt-sterlinq ödəməyə hazırdır.