Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TAKSİMDƏ VƏZİYYƏT DƏYİŞİB - FOTOLAR

şş

“Gezi Parkı”nda nümayişlər hələ də davam etdiyindən parka girmək çətinləşib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, səhər saatlarında polis nümayişçilərə səslənərək “Gezi parkındakı nümayişçilərə dəyilməyəcək, çadırlar sökülməyəcək. Sadəcə olaraq, AKM və Taksimdəki təşviqat xarakterli plakatları götürəcəyik. Müdaxilə olmayacaq” deyib. Belə ki, polisin bu çıxışına cavab olaraq nümayişçilər plakatları təmizləməkdə onlara kömək ediblər.
Nümayişçilər artıq “Gezi Parkı”nda məqsədin dəyişdiyini etiraf edən tvitlər atıblar. Parkda içki içən, Öcalanın şəkilləri olan plakatları daşıyanlara etiraz edilib. Bununla da “direngezi”çilər əsl məqsədin ətraf mühitin qorunması olduğunu göstəriblər.

İstanbulun vilayət rəhbəri Hüseyn Mutlu, “Polisə qarşı gələnlərə polis də müdaxilə edib, ancaq dinc nümayişçilərə toxunulmayıb” - deyib. Onun sözlərinə görə polis nəzarətində saxlanılanlar da var.

Qeyd edək ki, hazırda hər kəs Baş Nazir Erdoğan ilə Taksim Həmrəylik Komitəsi təmsilçilərinin sabahkı görüşündən çıxacaq nəticəni gözləyir.

Ülviyyə Cövdətqızı






11 İyun, 2013  17:38 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner