Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

UEFA TÜRKİYƏ FUTBOLUNU BİR-BİRİNƏ QATDI

/

Xəbər verdiyimiz kimi UEFA-nın dünən türk klubları ilə bağlı çıxartdığı qərarı, hədəf alınmış klublarda xeyli narahatlıq doğurub. Qərarın ardından açıqlama verən “Fənərbaxça” klubu UEFA-nı qaydalara riayət etməməkdə günahlandırıb. Belə ki, klubun verdiyi yazılı açıqlamada qərarın Türkiyə Futbol Federasiyasının mühakimə orqanlarının deyil 16-cı Ağır Cəza Məhkəməsinin qərarlarına əsasən aparıldığını bildirilib. “Əgər məhkəmənin qərarını əsas götürmüsünüzsə onda hakimin təsdiqini də gözləməlisiniz” deyərək hökm oxunana qədər gözləməyin vacibliyini vurğulayıblar.

“Beşiktaş”ın prezidentliyinə namizəd olan Sərdal Adalı və keçmiş baş məşqçisi Tayfur Havutçunun da bu qərardan “nəsibini alması” “Qara qartallar”ı naraht edib. “UEFA-dan belə qərar gözləmirdik. Bununla bağlı tələblərimizi iyunun 19-da edəcəyik. Mən şəxsən ora özüm gedəcəyəm. “Beşiktaş”ın bu işlə heç bir əlaqəsi yoxdur. Həmçinin adı çəkilən Sərdal Adalı və komandanın sabiq baş məşqçisi Tayfur Havutçunun da günahının olmadığını bilirəm”- deyə klubun Prezidenti Fikrət Orman bildirib.

UEFA-dan isə hələlik görülən işlərin tamamlanmadığı və qərarın daha iki kluba da şamil olunacağı deyilib. Öncəliyin “Beşiktaş” və “Fənərbaxça”ya verilməsi isə onların başlayacaq olan Avropa kubokunda iştirakı ilə əlaqədar olub. UEFA-nın nizam-intizam komitəsinin inspektoru David Kasarli protokolda yer alan “Sivasspor” və “Əskişəhərspor”un da məsələsinə yaxın günlərdə baxılacağını deyib.

Hadisələri kənardan izləyən “Qalatasaray” klubunun rəhbəri Ünal Aysal “şike qalmaqalı”nın nəticələri ilə bağlı soruşulan sualları “Biz “Qalatasaray” olaraq öz işimizə baxırıq. UEFA-nın qərarını müzakirə etmək bizim işimiz deyil. Hər iki dəyərli klubumuzun bu qarışıq məsələlərdən üzüağ çıxacağına inanıram. İnşaallah, belə də olar” - şəklində cavablandırıb.

Ülviyyə Cövdətqızı






11 İyun, 2013  14:31 Baxılıb: 941 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner