Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avropa çempionatına onlar gedir - Siyahı

.

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı iyunun 18-də start götürəcək. Azərbaycan Güləş Federasiyasından Simsar.az-a verilən məlumata görə, idmançılarımız yarışda hər 3 güləş növü üzrə çıxış edəcək.

İlk iki gündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Nicat Mərdanlı (42 kq), Fazil Həsənov (46 kq), Mahir Əmiraslanov (50 kq), Vurğun Əliyev (54 kq), Məhəmmədəli Əliyev (58 kq), Teymur Məmmədov (63 kq), Abdulmuslim Muxuddinov (69 kq), Şamil Sadullayev (76 kq), Nurməhəmməd Hacıyev (85 kq) və İqbal Hacızadənin (100 kq) mübarizə aparması planlaşdırılır.

Böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın başçılığı altında 8 qız güləşçimiz iyunun 20-21-də – Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Sona Tumarxanova (46 kq), Şəbnəm Əhmədova (49 kq), Leyla Orucova (52 kq), Ləman Qurbanova (56 kq), Rahilə Quluzadə (60 kq) və Anita Kələntərova (65 kq) çempion adı uğrunda yarışacaq.

Yunan-roma güləşçiləri arasında qaliblər isə iyunun 22-23-dəmüəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanov heyətə Seymur Hüseynov (42 kq), Namaz Rüstəmov (46 kq), Mikayıl Rəhmanov (50 kq), Niyazi Məmmədov (54 kq), Zubair Dibirov (58 kq), Sənan Əlimirzəyev (63 kq), Vüsal Həşimov (69 kq), İslam Abbasov (76 kq), Soslan Fanziyev (85 kq) və Adambek Şidukovu (100 kq) daxil edib.

Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri, beynəxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Ülviyyə Cövdətqızı






10 İyun, 2013  19:32 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner