Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

QIZĞIN İŞLƏR GEDƏN QIŞ PARKINDAN – FOTOREPORTAJ

Qış parkının may ayının 10-da istifadə veriləcəyi gözlənilir

 

Bu gün Heydər Əliyev sarayından Füzuli meydanına qədər salınacaq “Qış Parkı” adlandırılan parka getdik. Parkda işlər yekunlaşmaq üzrədir. İşləməkdən yorulan fəhlələr, dincəlmək üçün kölgəlik yerlər axtarırlar.

Qış parkında Afrika Palma ağacları və digər xarici ölkələrdən gətirilən çiçəklər əkilib. Bu ay təhvil verilməsi planlaşdırılan parkda fəhlələrin iş müddəti 24 saatdı.

Ərazidəki fəhlələrin və istifadə olunan texnikanın sayı üç qat artırılıb. Tıxac problemini qismən də olsa həll etmək üçün tikilən ikimərtəbəli avtodayanacaqda 3500 maşın saxlamaq mümkün olacaq.

Parkda həmçinin, 6 yeraltı, 4 yerüstü keçid inşa edilib. Keçidlərdən ikisi Mirzağa Əliyev, ikisi isə Füzuli küçəsinə çıxacaq. Biri tamamilə fərqli dizaynda olan 5 fəvvarə də quraşdırılıb.

13 lift və 13 eskalatorun fəaliyyət göstərəcəyi “Qış Parkı”nda əlillər üçün də liftlər quraşdırılıb. Parkın adına gəlincə isə onun hələlik adı yoxdur və nə olacağı da məlum deyil.

Park may ayının 10-a qədər əhalinin istifadəsinə veriləcək.

Turanə Zeynallı

 

 

 






6 May, 2013  18:24 Baxılıb: 2065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner