Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TÜRK DÜNYASI UŞAQ ƏDƏBİYYATI – QIRĞIZISTAN

Qırğız uşaq ədəbiyyatı Sovet hakimiyyəti dövrü illərində yaranıb. Əsas qaynağı folklor olub

Qırğızıstanın böyük ozanlarından Togolok Moldo şifahi xalq ədəbiyyatı nəzmlərinin ən yaxşılarını uşaqlar üçün seçərək uşaq ədəbiyyatına yeni, ictimai məzmun verib. T.Moldo “Durna və Tülkü”, “Qurd və Tülkü”, “Bildirçinin tülkünü aldatması” və digər nağılların süjetləri üzərində yeni əsərlər yaradıb. Onun nağılları Qırğızıstan uşaq ədəbiyyatı janrının təməlini qoyub. T. Moldo uşaq ədəbiyyatında yumor janrının banisi sayılır (“Telibay”, “Kemçontoy”, “Xəyallar”, “Yer və Onun Uşaqları”). “Böyük Ayı”, “Bozdoğan”, “ Buzovum” və s. şeirləri 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub.  
Bir digər qırğız uşaq yazıçısı isə keçən əsrin iyirminci illərində folklor mövzularını hekayəyə çevirən A. Tokombayevdir. Onun “Kurmanbek”, “Yetim” adlı əsərləri buna misal göstərilə bilər. Bu əsərlər kompozisiyanın orijinal quruluşu ilə diqqət çəkir.

Tokombayevin “Lenin haqqında” əsəri uşaq ədəbiyyatında Lenin mövzusunun ilk başlanğıcıdır. Bundan sonra sosialist həqiqət, uşaq ədəbiyyatının mövzularından biri olur. 20-ci illərdə geniş şəkildə yetimlər, kimsəsizlər mövzusu işlənilir. Uşaqların keçmişdəki aciz vəziyyətləriylə Sovet dövlətindəki xoşbəxt həyatlarını müqayisə edən yazıçılar, inandırıcı şəkildə sosialist nizamın üstünlüklərini təsvir ediblər. Belə əsərlərə A. Tokombayevin “Yetim yoldaşım” (1928), K.Bayalinovun “Yetimin Ölümü” (1926), “Murad” ( 1928), “Xoşbəxt kimsəsiz” (1929), R.Şükürbekovun “Carkınay” (1929) hekayələri aiddir.

30-cu illərdə yeni janrların ortaya çıxmasıyla uşaq ədəbiyyatının mövzuları çoxalır. M. Elebayevin “Çətin saatlar”, “Zarlık” hekayələri Qırğız gənclərinin məlumata və elmə olan susuzluğunu əks etdirir. S.Sasıkbayevin “Kiçik işçi” (1932), “Çobanın oğlu”, adlı hekayələri, K.Malikovun “Xoşbəxt qız” (1936), “Xallı quzu” (1935) adlı əsərləri, A. Tokombayevin “Bizim Kitab” (1936) adlı şeir kitabı, uşaqların sosializmin quruluşundakı töhfələrini, kommunist əxlaqını və məktəb təhsili üçün mübarizələrini əks etdirir.

Aktual problemlərin ədəbiyyata gətirilməsi gənc yazıçıların təcrübəsizliyi səbəbiylə istənilən nəticəni vermir. Yenə də, bu sahədə yazılan əsərlər həmin dövrdəki Qırğız uşaqlarının həyatını bu və ya digər şəkildə əks etdirir. Həmin əsərlərdə yaradılan tiplər isə gənclik üçün müsbət qəhrəman şəxsiyyətinin əsasının qoyulması məqsədini daşıyır.

30-cu illərdə uşaq ədəbiyyatında baş verən yeniliklərdən biri də elm fantastika növünün yaranması olur. K. Esenkocoyevin “Yolçu uşaq” (1939), “Üçüncü şar” (1939), “Vətənin oğlu” (1939) əsərləri buna misal ola bilər.

A. Toktomuşevin “Oğul”, C. Bökömbayevin “Ərin gücü qaladan daha möhkəmdir” adlı əsərlərində, S.Sasıkbayevin “Partizan oğlu” adlı hekayəsində sovet insanlarının mərdliyi və sədaqəti təsvir olunur. A. Tokombayevin “Qartal və puhu quşu”, C.Bökönbayevin “Sağsağan hiyləgərliyindən yox, açgözlülüyündən bəlasını tapar” adlı şeirlərində faşist işğalçıların canavar və vəhşi üzü göstərilir. K.Bayalinovun “Artıq o, yetim deyil”, T.Sıdıkbekovun “Balaca vətənsevər” adlı hekayələrində xalqların dostluğu, cəbhənin gerisindəki Sovet insanlarının işləri əks olunub.

1950-ci ildə Qırğızıstan Kommunist Gənclik Birliyi Mərkəzi Komitəsi uşaq ədəbiyyatının inkişaf məsələlərini müzakirə etməyə başlayır. Respublika Yazıçılar Birliyinə bağlı xüsusi qurum yaradılır. “Leninçi gənc”, “Qırğızıstan komsomolçusu” və “Qırğızıstan Pioneri” qəzetləri davamlı olaraq uşaqlara və gənclərə həsr edilən əsərlərin çap işi ilə məşğul olurlar. Müharibədən sonrakı 10 illikdə A.Tokombayevin “Bizim Kitab”, “Hədiyyə” (1951), A. Osmanovun “Uşaqlara” (1948) adlı kitabları, T.Sıdıkbekovun “Dağ Uşaqları” (1953) adlı romanı, K.Cantöşevin “Xəyal” (1949), N.Baytemirovun “Gənc nəsil” (1951), “Sağın” (1953) adlı hekayələri, S.Sasıkbayev və M.Canqaziyevin də bir neçə hekayəsi bu qəzetlərdə nəşr olunur. S.Beyşenaliyevin “Kıçan” (1956), A.Toktomuşevin “Cakıpın oğlu” (1957) hekayələri tarixi qəhrəmanlara ithaf edilir.

60-cı illərdə uşaq ədəbiyyatı yeni bir mərhələyə keçir. Respublika yazıçılarının III və IV Konqresləri arasında Qırğızıstanda ibtidai məktəb, orta məktəb və lisey uşaqları üçün minlərlə nüsxə, iki yüzdən çox kitab basılır. M.Canqaziyevin “Şən Balalar” (1962), “İsti, mavi Isık-Gölün olduğu yerdə” (1969), N.Baytemirovun “Ağ-Baş” (1968), Ş.Beyşenaliyevin “Buynuzlu quzu” (1965) adlı əsərləri də bu illərdə çap olunub. Şeir və hekayələrdə xarakterlərin konkret və vizuallığı dərhal fərq edilir. T.Kocamberdiyevin “Kiçik göldəki Ay”, “Biz yüksək dağlarda yaşayırıq” adlı şeiri şairin uşaq ədəbiyyatı mövzuları üzərində maraqlı yeniliklər etdiyini göstərir. İ.İsakovun “Dostluq” (1963) əsərində rus, qazax, qırğız xalqlarının dostluq bağları dilə gətirilir. Qəhrəmanlıq dövrü və Oktyabrın qazandığı uğurları M.Cangaziyev, Ş.Beyşenaliyev, S.Eraliyev, A.Aytbayev və K.Bektenov əsərləri daha çox əks etdirir.

Y.B. Zemlyak da uşaqlar üçün bir çox əsər yazıb. Onun 1949-cu ildə “Gənclik” adlı ilk kitabı çıxır, daha sonra 1954-cü ildə “Bizim uşaq bağçası”, “Biz qardaş yaşayan uşaqlarıq”, 1955-ci ildə “İp süpürgə”, 1957-ci ildə “Yeni oyun”, 1962-ci ildə “Bizim Piyonerlər gəlir”, 1963-cü ildə “Uşaq və top”, daha sonra “Günəşli pınar”, “Meşə nağılı” adlı pyesi, “Coşan Xəyallar” adlı sınaq yazıları və hekayələri, 1979-cu ildə isə “Lenin və uşaqlar” adlı şeirlər kitabı yayımlanır.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Kabinetinin Sovet uşaq ədəbiyyatının inkişaf prosesi ilə əlaqədar 1969-cu ildə verdiyi qərar qırğız yazıçıların yaradıcılığının inkişafında dəstəkləyici faktor olub.

70-ci illərdə A.Aytbayevanın, C.Aytmatovun “Əsgərcik” (1971), M.Canqaziyevin “Mənim ən yaxşı beşim” (1970), “Uşaqlar mənim həyatımdır” (1971), “Gözlərimin nuru” (1973), “Dinara” (1975), “Sarıbayın oğlu” (1975), T.Kocomberdiyevin “Qıpqırmızı qrup” (1973) adlı əsərləri yayımlanıb. Sovet uşaqlarının həyatını ədəbi baxımdan həqiqi həyata uyğun və estetik qayğılarla təsvir edən bu əsərlər, Qırğız uşaq ədəbiyyatında sosialist həqiqəti möhkəmlədir və onu bütün Sovetlər birliyi səhnəsinə çıxarır. Uşaq ədəbiyyatı sahəsindəki böyük uğurları üçün Ş.Beyşenaliyev xüsusi H.K.Andersen mükafatına layiq görülür (1978). Uşaq yazıçılarının yaradıcılığı, 1974-cü il respublika konfransında və 1980-ci ildə Frunzedə digər respublika nümayəndələrinin də iştirakı ilə keçirilən “Bütün Sovetlər Birliyi Uşaq Həftəsi”ndə geniş şəkildə işıqlandırılır.

Qırğız uşaq ədəbiyyatının ədəbi fondu 60-cı və 70-ci illərdə SSRİ xalqlarının və xarici ölkələrin ədəbi əsərlərinin tərcümələri ilə biraz daha zənginləşib. İ.A.Krılov, A.S.Puşkin, M.Yu Lermontov, N.V.Gogol, N.A.Nekrasov, İ.S.Turgenyev, L.N.Tolstoy, A.P.Çexov, D.N.Mami - Sibir, A.M.Qorki, V.V.Mayakovski, S.Ya Marsa, K.İ.Çukovski, A.P.Qaydar, V. P. Katayev, S.V.Mihalkov, A.G.Barton, M.M.Prişvin, V.V.Biyanki, N.N.Nosovun əsərləri tərcümə olunanlar arasındadır. Rus dili vasitəsilə SSRİ-nin bütün xalqlarının nağılları, Ayben, B.Kərbabayev, M.Avəzov, R.Həmzətov, G.Gulya, O.Tumanyan, N.Dumbadze və M.A.Stelmahın əsərləri də tərcümə edilərək qırğız oxucusuna təqdim edilib.

İlknur Salamova






6 May, 2013  13:48 Baxılıb: 2922 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner