Bu gün səhər saatlarında Türkiyədə baş verən güclü zəlzələnin fəsadları aradan qaldırılır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Adıyaman millət vəkili Yakup Taş və ailəsi dağıntılar altında qalıb. Simsar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, hazırda xilasetmə işləri davam etdirilir.