Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qarabağ” daha iki futbolçu transfer etdi

“Qarabağ” klubu baxışa çağırdığı 2 futbolçu ilə müqavilə bağlayıb.

Simsar.az-ın məlumatına görə, Belçika “Lyers”inin hücumameyilli yarımmüdafiəçi Nderim Nedzipi və Serbiya “Srvena Zvezda”sının qapıçısı Bojan Pavloviçlə 1,5 illik anlaşma əldə edilib. 

Hər iki futbolçu klubun rəsmi saytına açıqlamalarında Avropa kuboklarının qrup mərhələsinə vəsiqə qazanmağı hədəflədiklərini söyləyib. Nedzipi bildirib ki, “Qarabağ”ın ənənəyə malik klub olduğundan xəbərdardır: “Son 2 ildə “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışından xəbərim var. Necə komandaya gəldiyimi bilirəm. “Qarabağ”la çempionluq yaşamaq, avrokuboklarda uğur qazanmaq üçün gəlmişəm. Əsas hədəfim avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çox geniş heyətimiz var. Bu bizim xeyrimizədir. Forma üçün əsl mübarizə gedəcək. “Qarabağ”ın Azərbaycanda heç kimdən zəif olmadığını düşünürəm. Azarkeşlərlə ilk görüşü səbirsizliklə gözləyirəm”.

Pavloviç də “Qarabağ”a gəlişimdən məmnunluğunu ifadə edib: “Gördüyüm kimi, “Qarabağ” futbol oynamağı sevən komandadır. “Qarabağ”la uğur qazanıb avrokuboklarda oynamaq istəyirəm. Liderlə aramızda 8 xal fərq var. Bu elə də ciddi fərq deyil. Bilirəm ki, “Qarabağ”ın əsas qapıçısı Fərhad Vəliyev millinin də qapıçısıdır. Sahil Kərimov da təcrübəli qapıçıdır. Ona görə də qapıda kimin durmasından asılı olmayaraq komandanın arxa xəttdə problem yaşayacağını düşünmürəm. “Qarabağ”la uğur qazanmağa gəlmişəm”.

Qeyd edək ki, bundan öncə “Qarabağ” İlqar Qurbanovu heyətinə qatıb.






25 Yanvar, 2011  14:54 Baxılıb: 3829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner