Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

MİLLİMİZ BELƏ MƏŞQ EDİR – FOTOREPORTAJ

Yığma qarşıdakı oyunlarda cinahdan hücumlara üstünlük verəcək?

 

Artıq iki gündür ki, futbol üzrə Azərbaycan milli komandası Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıqlara başlayıb. Ayın 20-dək ölkəmizdə hazırlıq keçəcək Berti Foqtsun yetirmələri daha sonra Lüksemburqa səfər edəcək. Simsar.az olaraq, Luksemburq və ardınca evdə çətin Portuqaliya sınaqları öncəsi yığmanın məşqini yerində izlədik.

Əvvəlcə, toplanışa çağırılan futbolçular 3 qrupa bölünərək kiçik ərazidə sürətli ötürmələr üzərində işlədirlər. Futbolçularımızın əhval-ruhiyyələrinin yerində olması və zarafatlaşmaları diqqətdən yayınmırdı. Daha sonra baş məşqçi Berti Foqts onları çağırdı və formalar paylayaraq futbolçuları iki komandaya böldü. “Göylər” və “yaşıllar”. Bu zaman Foqtsun 2 futbolçumuza – Mahir Şükürov və Maksim Medvedyevə sarı forma verməsi diqqət çəkdi. Bunun sirri ikitərəfli oyun başladıqdan sonra məlum oldu. Belə ki, məşqçi bu iki futbolçudan hücum edən tərəfdən olmağı tələb edirdi. Yəni, onların işi ancaq hücumların cinahında olmaq və qapı qarşısına təhlükəli hava ötürmələri etməkdən ibarət idi. Qeyd edək ki, Foqts Maksimin ötürmələrini daha çox bəyənirdi və onu iki epizodda ingiliscə “good boy” – deyə çağıraraq fərqləndirdi. Bu məşq, millinin qarşıdakı oyunlarda hücumları əsasən cinah ötürmələri ilə quracağının göstəricisidir. Taktikanın nə qədər özünü doğruldacağını isə oyunlar baş tutandan sonra görəcəyik.

Oyun zamanı millimizin kapitanı Rəşad Sadıxovun, Rauf Əliyevin, Rəşad Sadiqovun və Vaqif Cavadovun fəallığını xüsusi qeyd etmək lazımdır.

İkitərəfli oyundan sonra Foqts futbolçuları mərkəzdə topladı və onları uzaqdan zərbələr üzərində çalışdırdı. Zərbələr zamanı Əfran İsmayılovun və yenə kapitanın zərbələri dəqiqliyi ilə seçiliridi. Millinin məşqindən fotosessiyanı sizə təqdim edirik.

Aqşin İbrahimi






15 Mart, 2013  16:43 Baxılıb: 1999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner