Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: 8 mart və Klara Setkin haqda bəlkə də bilmədikləriniz

.

Bizim nəslin uşaqlığı imperiya illərinə, yeniyetməliyi isə itin yiyəsini tanımadığı keçid illərinə düşdü. Nə sovet adamı olduq, nə müstəqil ölkənin vətəndaşı olduğumuzu dərindən hiss elədik. Bir parçamız, bir tərəfimiz qırmızı qalstukların, beşguşəli döş nişanlarının, pioner düşərgələrinin, məktəb bufetlərindəki qırağı qırçınlı «kojik»lərin yanında qaldı. Uşaqlıq illərimizdən bizə qalan isə nisgilli-ağrılı xatirələr və bir də o vaxt «analar bayramı» adlandırdığımız 8 Mart bayramı qaldı...
O uzaq, başqa ölkəyə, başqa quruluşa aid uşaqlığımızda 8 Mart belə bahalı parfümlərin, brendlərin, gözəllik salonlarına minlər xərcləyən xanımların dekorativ, əqidədən, ictimai təfəkkürdən uzaq bayramı deyildi. İşçi, zəhmətkeş analarımızın sadə çiçəklər və ucuz hədiyyələrlə təbrik olunan, amma onları ürəkdən sevindirən, qadın olduqlarını hiss etdirən solçu bayramı idi.
Analarımızın çoxu bu günün tarixçəsini bilmirdi, Klara Setkini tanımırdı, onlar daha az işləsin, zəhmətlərinə ən az kişilərin əməyi qədər qiymət verilsin deyə, 1857-ci ildə qadınların küçələrə çıxmalarından xəbərləri yox idi.
Bu bayram onlar üçün bir şüşə «Mojet bıt» ətri, bir balaca tort, bir dəstə sadə çiçək bayramı idi.
Analarımız öz yerində, amma 8 Mart və Klara Setkin tarixçəsini bilənlərin arasında bu qadının həyatından bəzi maraqlı məqamları bilməyənlər də var.

Parisdə yaşadığı müddətdə əri Osip Setkinin qonorarı ilə dolana bilmədiklərini görən Klara varlı adamların evini silib-süpürmək və paltarlarını yumaqla pul qazanmışdı.

Karl Marksın qızı Laura Lafarq Klara Setkinə dərs demiş və onu inqilabi hərəkəta qoşulmağa həvəsləndərmişdi.

Əri Osip Setkinin ölümündən sonra Klara Setkin özündə on səkkiz yaş balaca olan rəssam Georq Sundelə vurulmuş və ona ərə getmişdi.

Oktyabr inqilabının atası Vladimir Lenin onun evinin pəncərəsindən şəhərə baxmağı xoşlayırdı.

Özündən 18 yaş balaca olan əri ilə münasibətlərinin korlanmağına səbəb, onların birinci dünya müharibəsinə fərqli münasibətləri olmuşdu.

Klara Setkinin 22 yaşlı oğlu Konastantin onun 36 yaşlı rəfiqəsi və əqidə yoldaşı Roza Lüksemburqun məşuqu olmuşdu.

Klara Setkin bu səbəbə görə Roza ilə illərlə küsülü qalmışdı. Ancaq özündən 18 yaş balaca əri Klaranı, özündən on iki yaş balaca sevgilisi isə Rozanı atanda bu dərd onları təzədən barışdırmışdı.

Klara Rusiyada dünyasını dəyişəndə onun son sözü «Roza» olmuşdu.

Klara Setkin dünyasını dəyişəndən sonra cəsədi yandırıldı, onun külü Moskvada, Kreml Divarında qorunur.

Pamirdə dağ silsilələrinin birinin zirvəsi Klara Setkinin şərəfinə adlandırılıb.






8 Mart, 2013  18:25 Baxılıb: 9032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner