Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Bu xalq hələ ölməyib

Azərbaycan gəncliyinə təşəkkür



İllər uzunu biz – bir dəstə yetim-yesir yazar xalqı danlamaqla məşğul olduq. Haqsız da sayılmazdıq. Axı onlardan nə istəyə bilərdik? İstədiyimiz, iradımız təkcə bu idi – kitab oxuyun. Deyirdik ki, kitabı olmayan xalq xor görülməyə, üstən aşağı baxılmağa, danlanmağa layiqdir. Deyirdik ki, kitabdan başqa heç nə ilə öyünmək xalqa başucalığı gətirmir. Deyirdik ki, bu ölkədə ədəbiyatı, kitabı, sözü şouya, müğənnilərə, meyxanaçılara uduzdurmusunuz...

İki gün əvvələ qədər fikrimiz dəyişməmişdi. Cəmi iki gün əvəllə qədər. İki gün əvvəl heç bir maliyyəsi, büdcəsi olmadan, ancaq ideya, fikir adamlarının fədakarlığının göstəricisi olan «Alatoran yayınları»ndan kitabların yarmarkasını keçirdik. Düzdü, sosial şəbəkələrdə bir neçə gün əvvəldən elan vermişdik. İnsanları kitaba dəstək olmağa çağırmışdıq. Amma düzünə qalsa, yenilik gözləmirdik. Hər dəfəki kimi kitablarımızın yanında dayanıb, sonra həmin kitabları geri qaytarmağa hazırlaşırdıq. Çünki həmişə belə olmuşdu. Çünki illərdir ki, ancaq üzdən tanıdığımız bir neçə adam kitab alırdı. Həmişə belə tədbirlərdən sonra kitabları geri daşımalı, «zorla deyil ki, bu xalq kitab oxumur» deməli olmuşduq...

Amma iki gün əvvəl belə olmadı. İki gün əvvəl gördük ki, cəhalətlə, zövqsüzlüklə illər uzunu aparılan mübarizə nəticəsiz ötüşməyib. Gördük ki, kitab oxuyanların sırasına onlarla yeni gənc qoşulub. Yarmarkaya kitab almağa gələnlərin doxsan fazini biz üzdən tanımırdıq. Sosial şəbəkələrdə onlarla ünsiyyətdə olmamışdıq. Amma onlar gəlmişdilər. Onlar kitab alırdılar. Kitab soruşurdular. Növbədə daha hansı kitabların nəşrinin gözlənildiyini soruşurdular.
Tədbir hələ başlamamış gətirdiyimiz kitabların yarısı qurtarmışdı. Neçə adam axtardığı kitabı tapmadı. Çünki hamısı artıq satılmışdı.

Azad Yazarlar Ocağının yeni və ən istedadlı üzvlərindən biri olan Zaur Qurbanlı gəliş-gedişə, gənclərin qalaq-qalaq kitab almağına inana bilmirdi. Hər kitab satıldıqca, hər növbəti gənclər dəstəsi yarmarkaya yaxınlaşdıqca, gözlərinə inanmadan, təkrarlayırdı:
- Yox, bu xalq hələ ölməyib...

Doğrudan da, yüzdən çox gənc həmn gün bizə bu xalqın hələ ölmədiyni göstərdi. Göstərdi ki, bu ölkədə ədəbiyyat, kitab, söz hələ sona qədər təklənməyib. Bu ölkədə heç də bütün gəncləri Aygün Kazımovanın kiminlə duet oxuması, Rəqsanənin neçənci dəfə ərə getməsi maraqlandırmır. Göstərdilər ki, onları Sveyq, Volter, Rotterdamlı Erazm maraqlandırır. Həmin gün sözün əsl mənasında o uşaqlar bu ölkədəki gəncliyin başını uca elədilər.

Bu yazı bir növ onlara təşəkkür yazısıdı. Mən «Alatoran yayınları»nın yarmarkasından kitab alan bütün gənclərə sağ olun deyirəm. Sağ olun ki, heç olmasa bircə dəfə bizə illərdir yorulmadan dediyimiz sözlərin boşuna, küləyə xərcləmədiyimizi göstərdiniz. Sağ olun ki, kitaba dəstək oldunuz. Sağ olun ki, bu qədər cəhalətin, qaramatın, saxtakarlığın içində belə qalmısınız.








11 Fevral, 2013  16:38 Baxılıb: 1724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner