Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DƏFN PULU VƏ YA ÖLÜLƏR ARASINDA AYRI-SEÇKİLİK – ARAŞDIRMA

Ölənlərəmi, yoxsa yeni doğulanlaramı daha çox qiymət verilməlidir?

Azərbaycanda yeni doğulan hər körpəyə görə, dövlət ailələrə 83 manat birdəfəlik müavinət verir. Düzdür, bunun üçün valideynlərdən lazımlı-lazımsız bir sıra sənədlər tələb olunur. Hər halda statusundan asılı olmayaraq hər bir ailənin yeni doğulan körpəyə görə nəzərdə tutulan müavinəti almaq imkanı var. Amma dünyasını dəyişən şəxslərin heç də hamısının ailəsinə dəfn pulu verilmir. 
Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nümrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işsizlərə işəgötürənlərin vəsaiti hesabına ödənilən müavinətin hesablanması haqqında Əsasnamə»yə görə, dəfn pulu yalnız pensiyaya çıxmış və sosial sığortası olan şəxslərin ailələrinə ödənilir. Pensiya yaşına çatmamış və ya sosial sığortası olmayan vətəndaş dünyanı dəyişdikdə onun ailəsinə heç bir ödəniş edilmir.
Millət vəkili İqbal Ağazadənin sözlərinə görə, Azərbaycanda sosial müavinətlərin ödənilməsində sosial ədalətsizlik var: «Mən dəfələrlə parlamentdə bu məsələni qaldırmışam. Dəfn pulunun verilməsi hər kəsə şamil olunmalıdır. Heç yerdə işləməyən şəxsin bu pula daha çox ehtiyacı var. Yeri gəlmişkən, yeni doğulan uşaqlara görə də müavinətlərin artırılmasını təklif etmişəm. Dünyasını dəyişən təqaüdçünün ailəsinə pensiyanın baza hissəsinin üç misli qədərində dəfn pulu verilir. Bu təxminən 300 manat edir. Amma yeni doğulan uşağın ailəsinə 83 manat verilir. Halbu ki, bütün dünya ölkələrində ölənə deyil, yeni doğulana daha çox sosial qayğı göstərilir».
«Hüquqi Dövlət» Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışovun sözlərinə görə, Nazirlər Kabinetinin 189 saylı əsasnaməsinə görə, dəfn üçün müavinətlər yalnız sığorta olunan və ya əmək pensiyaçıları vəfat etdikdə ödənilir: «Pensiyaçı vəfat etdikdə pensiyasının baza hissəsinin üç mislində müavinət ödənilir.
Sığortaolunan şəxs vəfat etdikdə eyni hesablanmalar aparılır. Pensiya yaşına çatmış şəxs həm də sığorta olunubsa o, dünyasını dəyişdikdə çox olan məbləğ əsas götürülür və müavinət kimi ödənilir».
M.Baxışov onu da bildirdi ki, dünyasını dəyişmiş pensiya yaşına çatmamış şəxs əgər işsiz statusu alıbsa, onun ailəsinə müavinət ödənilir: «Çətin ki, Azərbaycanda işsiz statusu almış şəxslər olsun.
Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dəfn üçün müavinət 100 manat məbləğində nəzərdə tutuulub. Bu məbləğ Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Söhbət işsiz statusu almış və ya ünvanlı sosial yardım alan şəxsin vəfatına görə ödənilən müavinətdən gedir».
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə hesab edir ki, dəfn məqsədləri üçün verilən vəsait hazırda düzgün bölüşdürülmür: «Bəzən ehtiyacı olana dəfn pulu verilmir, olmayana isə verilir. Vaxtilə yüksək vəzifədə işləmiş, övladlarının adına bir sıra kommersiya obyektləri olan şəxslərə dəfn pulunun verilməsinin heç bir mənası yoxdur. Amma pensiya yaşına çatmayan və heç yerdə işləməyən şəxs vəfat etdikdə onun ailəsinə müavinət ödənilmir. Bu ölülər arasında ayrı-seçkiliyin salınmasından başqa bir şey deyil».
Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işəgötürənlə «Əmək müqaviləsi» olan şəxslər, ünvanlı sosial yardım alanlar və pensiya yaşına çatmış şəxslər dünyasını dəyişdikdə dövlət tərəfindən onlara birdəfəlik müavinət ödənilir. «Əmək müqaviləsi» tərtib edilərkən şəxs işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdır».

R.Xəlil













25 Yanvar, 2013  14:11 Baxılıb: 12573 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner