Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİMSAR.AZ ŞƏHİDLƏR XİYABANINDAKI “NAMƏLUM”LARIN KİMLİYİNİ ÖYRƏNDİ

“Naməlumlar”dan biri dinc sakinlərə qarşı silah işlədən Sovet əsgəri olub

Sovet dörvündə «Naməlum» adlandırılan çoxlu sayda qəbirlər, heykəllər vardı. İkinci Dünya Müharibəsində şəhid olanların xatirəsini əziz tutmaq üçün rayonlarda, kəndlərdə naməlum əsgər heykəlləri ucaldılardı. Həmin heykəllər formal xarakter daşıyırdı və qəhrəmanların ümumiləşmiş təcəssümü idi. 

Şəhidlər Xiyabanında da naməlum qəbirlər var.

4 qəbirin üzərində heç nə yazılmayıb. Hər il yanvarın 20-də xalqımızın qan yaddaşı olan Şəhidlər Xiyabanını ziyarət edənlər həmin qəbirlərin önündən mübhəm dolu baxışlarla keçirlər. «Görəsən, bu qəbirlərdə uyuyanlar kimlərdi» sualı hər zaman insanları təqib edir.

Simsar.az Şəhidlər Xiyabanındakı naməlum qəbirlərdə uyuyanların kimliyinə aydınlıq gətirmək üçün 1990-cı ildə Ali Sovetin istintaq komissiyası tərkibində yaradılmış işçi qrupunun rəhbəri Səftər Nəhmətli ilə əlaqə saxlayıb.

S.Nəhmətli bildirdi ki, həmin qəbirlərdə uyuyanların kimlikləri təxminən bəllidir: «Yanvar faciəsində qətlə yetirilən 132 şəhidin 75-i Şəhidlər Xiyabanında dəfn olunub. Qəbirlər qazılarkən, səhv etmirəmsə, 4 və 5-ci qəbirlər idi - oradan sümüklər çıxdı. Həmin sümüklər 1918-ci ilin mart ayında baş vermiş soyqırıda həlak olanlara məxsus idi. Keçmişdə Çəmbərəkənd adlanan həmin ərazidə 1918-ci il 31 martda qətlə yetirilənlər dəfn olunub. Sonra orada Kirov adına Dağüstü park salındı. 1990-cı ilin yanvarın 20-də orada yenidən qəbirlər qazılarkən 72 il əvvəl basdırılmış cəsədlərin sümükləri tapıldı. İlham və Fərizənin qəbirlərindən sonra onların qəbirləri idi. Hər iki qəbirin üzərində «1918-ci il şəhidləri» sözləri yazılmışdı. Qəbirlərin üstü mərmər daşlarla örtüləndə «1918-ci il şəhidləri» sözü «naməlum» sözü ilə əvəzləndi.

Naməlum qəbirlərdən birində 25-30 yaşlı, boyu 168 santimetr, saçları sarı-şabalıdı rəngdə olan oğlan uyuyur.
Məhkəmə tibbi ekspertizası meyitin əlamətlərini müəyyən etmişdi. Şəhidini axtaran bütün şəxslərə şəklini göstərdim. «Tanıyıram» deyən olmadı. İşçi Qrupunun rəyində isə qeyd olundu ki, həmin şəxs dinc sakinlərə qarşı silah işlədən Sovet əsgərlərindən biri olub.

Ola da bilsin ki, həmin şəxs təxribatçı DTK işçisi olub. Onun əynində motroslara aid köynək var idi. Yiyə duran olmadığı üçün meyiti Şəhidlər Xiyabanında dəfn etdik».

S.Nəhmətliyə görə, dördüncü naməlum şəhidin adı bəllidir. Yusif Allahverdiyev. Qardaşı Neft Akademiyasında müəllim işləyirdi. Üzərindən tank keçmişdi, bədəni tanınmaz halda idi. Kəsilmiş sağ ayağının diz qapağında 7 santimetr uzunluğunda və 0,5 santimetr enində yarıq var idi. Qardaşı cəsədin Yusif Allahverdiyevə məxsus olduğunu təsdiqləsə də, anası qəbul etmək istəmirdi. Maştağadakı baxıcılardan biri anaya oğlunun sağ olduğunu demişdi. Valideynlərinin maraqlarını, etirazlarını nəzərə alıb qəbirin üzərində ad, soyad yazmadıq».

İşçi Qrupunun rəhəri sonda bildirdi ki, itkin düşən 4 nəfərin nə ölüsü, nə də dirisi tapılmayıb: «Onların itkin düşməsilə bağlı müxtəlif versiyalar səsləndirilir. Mən bu versiyaları saytınıza demək istəməzdim. Çünki versiyalar doğru olmaya da bilər».






19 Yanvar, 2013  14:39 Baxılıb: 4539 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner