Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

2012-ci ildə güləşçilərimiz 287 medal qazanıblar

Medalların 95-i qızıl, 72-i gümüş, 120-si bürünc olub.

Azərbaycan Güləş Federasiyası ilin yekunları ilə bağlı mətbuata açıqlama təqdim edib. Federasiyadan Simsar.az-a daxil olan məlumatda bildirilir ki, 2012-ci il ərzində Azərbaycan güləşçiləri iştirak etdikləri beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edib, 71 medal qazanıblar ki, onların 23-ü qızıl, 21-i gümüş və 27-si bürünc əyarlıdır. Xatırladaq ki 2011-ci ildə komandalarımız iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc – toplam 67 medal qazanıblar.
Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında güləşçilərimiz 3 qızıl, 9 gümüş və 6 bürünc medal qazanıb. Avropa çempionatında qazanılan 2 qızıl, 4 gümüş və 2 bürünc sərbəstlərin, 1 qızıl, 3 gümüş və 2 bürünc yunan-Roma güləşçilərinin, 2 gümüş və 2 bürünc medal isə yeniyetmə qızların payına düşür.

Bakıda keçirilən yeniyetmələrin Dünya çempionatında güləşçilərimiz 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanmaqla güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdirdilər. Sərbəst güləş yığmamız 2 qızıl, 3 gümüş və 3 bürünc, yeniyetmə qızlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşi üzrə yığmamız isə, 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında Dünya birincisi olub.

Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənclərin Avropa çempionatını yığma komandalarımız 4 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurub. Sərbəst güləşçilərimiz 3 qızıl və 3 bürünc, gənc qızlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc, yunan-Roma güləşçilərimiz isə, 2 gümüş və 3 bürünc medalla Çempionatı başa vurub.

Taylandın Pattaya şəhərində gənclər arasında Dünya çempionatında komandalarımız 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. 2 gümüş və 1 bürünc sərbəstlərin, 3 qızıl və 1 bürünc isə yunan-Roma güləşçilərimizin payına düşüb. Yunan-Roma güləşçilərimiz komanda hesabında Dünya birincisi olub.

Serbiyanın paytaxtı Belqradda keçirilən böyüklər arasında Avropa çempionatında komandalarımız 2 qızıl və 4 bürünc medal əldə ediblər. Sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc, qadın güləşçilərimiz 2 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 qızıl və 1 bürünc medal qazanıblar.

İlin ən mötəbər yarışı olan Olimpiya Oyunlarına güləşçilərimiz ümumilikdə 13 lisenziya qazanmışdı. Güləşçilərimiz bu lisenziyalardan 7-sini medala çevirdilər və 4 illiyin Zirvə yarışını 2 qızıl, 2 gümüş və 3 bürünclə başa vurdular. London Yay Olimpiya Oyunlarında indiyə kimi qazanılan medalların sayı qədər medal qazanan güləşçilərimiz yeni bir tarix yazaraq medalların sayını 2 dəfə artırdı. 2 qızıl (Toğrul Əsgərov, Şərif Şərifov), 2 gümüş (Rövşən Bayramov, Mariya Stadnik) və 3 bürünc (Emin Əhmədov, Yuliya Ratkeviç, Xetaq Qazyumov) medal qazananıldı.

Beləliklə, il ərzində iştirak etdikləri beynəlxalq turnirlərdə 216 medal - 72 qızıl, 51 gümüş, 93 bürünc qazanan yığmamızın üzvləri ötən ilki (197 medal) nəticəni xeyli qabaqlayıblar.






24 Dekabr, 2012  20:07 Baxılıb: 972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner