Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Paytaxtda bir gündə iki derbi – YENİLƏNİR

.

Bu gün Topaz Premyer Liqasında XVIII turun son 2 oyunu keçiriləcək. Simsar.az - ın məlumatına görə, 2012-ci ilin son turunun qarşılaşmaları Bakıda baş tutacaq. Hər iki matçda da paytaxt klubları münasibətlərini ayırd edəcək.

Əvvəlcə “İnter” “Bakı”nı qəbul edəcək. Bu oyun qış çempionunun kimliyinə aydınlıq gətirəcək. Belə ki, hazırda aktivində 30 xal olan “İnter” xal itirəcəyi halda “Simurq” qış çempionu olmaq şansı artacaq. “Bankirlər” qələbə qazanacağı halda isə “Neftçi” ilə ayın 25-də baş tutacaq təxirə salınmış oyunun nəticəsindən aslı olmayaraq fasiləyə lider kimi yollanacaq.

Digər paytaxt derbisində “Neftçi” ilə “AZAL” görüşəcək. “Təyyarəçilər” 5-ci pilləyə yüksəlmək üçün bu matçdan 3 xalla ayrılmalıdır.

“Ağ-qaralar” isə qış fasiləsinə 3-cü yollanmaq şanslarını qorumaq üçün qalib gəlməyə borcludur, çünki bu qələbə komandanı 4-cü, dekabrın 25-də isə 3-cü pilləyə qaldıra bilər.

22 dekabr (şənbə)

15:00. “İnter” – “Bakı”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
“Şəfa” stadionu

17:00. “Neftçi” – “AZAL”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
8-ci km. Stadionu

Aqşin İbrahimi






22 Dekabr, 2012  18:12 Baxılıb: 910 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner