Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

15 İLDİR EV NÖVBƏSİNƏ DURAN QARABAĞ ƏLİLİNƏ NİYƏ EV VERİLMİR? – ARAŞDIRMA

Axırıncı dəfə prezidentə müraciət edən Əlibala Hüseynov Azərbaycan vətəndaşlığından imtina etmək istəyir.

“Hazırda 12 kvadratmetrlik daxmada yaşamaq məcburiyyətindəyəm. Qarabağ əliliyəm, amma bu gün mənə dövlətin göstərdiyi münasibət bax budur. Görəsən, bizim problemlərimizin həllinə cavabdeh olan məmurlar mənim yaşadığım – əgər buna yaşamaq demək mümkündürsə, daxmada bir gün qala bilərlərmi?” 

Bu sözləri Qarabağ uğrunda döyüşlərdə bir ayağını itirən Əlibala Hüseynov deyir. O, 1992-cil ilin sentyabr ayında Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. 1998-ci il fevralın 12-dən Nəsimi rayonu İcra Hakimiyyətində 1-ci qrup Qarabağ əlili kimi güzəştli əsaslarla mənzil növbəsindədir. Artıq 15 ildir ki, növbədə olsa da, onun ev problemi həll olunmur. Qarabağ əlili deyir ki, bu müddət ərzində aidiyyatı qurumlara, o cümlədən prezidentə müraciət edib, amma heç bir müsbət nəticəsi olmayıb: “Hara müraciət edirəmsə, ötür-ötür edirlər. Müraciət etdiyim hər yerdə deyirlər ki, sizin müraciətiniz aidiyyatı instansiyaya göndərildi. Amma nəticə yoxdur”.

Axırıncı dəfə prezidentə müraciət edən Ə. Hüseynov Azərbaycan vətəndaşlığından imtina etmək istəyir.

Hərbi ekspert Üzeyir Cəfərov əlilin şikayəti ilə bağlı münasibət bildirərkən deyib ki, Qarabağ əlillərinin belə problemlərlə üzləşməsi utandırıcı haldır: “Vətən uğrunda sağlamlığını qurban verən şəxsin məmurların ucbatından bu vəziyyətə düşməsi utancverici vəziyyətdir. Bu problemi əvvəla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həll etməlidir. Bizdə məlumat var ki, həmin nazirlik əlillərə ev verilməsi məsələsi ilə məşğul olur. Buna baxmayaraq bu işdə ciddi nöqsanlar var”. 

Ü. Cəfərov düşünür ki, belə hallar gənclərdə hərbi-vətənpərvərlik ruhunun zəifləməsinə gətirib çıxarır: “Gənclər görür ki, vətən uğrunda sağlamlığını itirənlər belə süründürməçiliyə məruz qalır, ona görə də bu ruha köklənmək istəmirlər”.

Hərbi ekspert məsləhət görür ki, Ə. Hüseynov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova müraciət etsin: “Mən yüz faiz əminəm ki, onun müraciəti prezidentə gedib çatmayacaq. Prezident Aparatından müraciəti Füzuli Ələkbərova, oradan da Nəsimi rayon İcra Hakimiyyətinə göndərəcəklər. Onlar da bəhanə edəcəklər ki, ev yoxdur. Halbuki Bakıda bu qədər evlər tikilir. Məsələni ancaq əlil qardaşımızı süründürməçiliyə məruz qoyan məmuru işdən çıxarmaqla həll etmək olar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin sektor müdiri Vüqar Behbudov bildirdi ki, Ə. Hüseynova ev verilməsinin səbəbi hazırda Nəsimi rayon İcra Hakimiyyətində evin tikilməməsidir: “Həmin rayonda hazırda ev tikilmir, nə vaxt tikiləcəyi barədə bizdə məlumat yoxdur. Mənzil üçün icra hakimiyyəti sahə ayırmalıdır”.

Vüqar Behbudov onu da qeyd edib ki, vətəndaşlar mənzil üçün birbaşa nazirliyə müraciət etmir, əvvəlcə qeydiyyatda olduqları icra hakimiyyətində növbəyə yazılır: “Vətəndaş növbəyə yazılır və bundan sonra mənzil veriləndə sənədlər icra hakimiyyəti tərəfindən bizə göndərilir və burada onlara baxılır. Bundan sonra ev verilir”. 

Nəsimi Rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı zəng etdik. İcra Hakimiyyətindən bizə müxtəlif nömrələr versələr də, suallarımızı cavablandıran olmadı.


Fatimə Kərimli






20 Dekabr, 2012  15:46 Baxılıb: 1678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner