Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İQLİMİN MƏDƏNİ MÜHİTİN İNKİŞAFINA TƏSİRİ – ARAŞDIRMA

Orta coğrafi vəziyyətdə olduqları üçün yunanlar və türklər həmişə azad olublar

Cəmiyyət tarix boyu təbiətlə sıx əlaqədə və vəhdətdə olub. İnsanların formalaşmasında iqlimin mühüm rolu var. İqlimin yaşam tərzinə, mədəni mühitin inkişafına təsiri haqqında filosoflar bir sıra fərziyyələr irəli sürüblər. Bu baxışlardan bəzilərinə görə, Günəş təkcə insanların xarici görünüşünə deyil, xarakterinə də təsir edir.
İqlimdən asılı olaraq Avropa əhalisi ağbəniz, saçları düz, göz rəngi açıq, hündürboy olurlar. Cənub və tropik qurşaqlarda yaşayanların isə başları daha yekə, saçları qıvrım, gözlərinin rəngi tünd, dodaqları qalın, dəriləri qara, bədən quruluşları isə daha kobuddur.

Aristotel xalqların iqlimə uyğun xarakterlərinin formalaşmasını belə izah edir ki, soyuq ölkələrdə və Avropa qitəsində yaşayan xalqlar cəsarətli olur, bununla belə, onlar texniki məharət və fərasət cəhətdən korluq çəkirlər, yəqin ki, buna görə də onlarda azadlıq olsa da, dövlət təşkilatları yoxdur, qonşularının üzərində hökmranlığa qadir deyillər. Asiya xalqları isə, əksinə məharət və fərasət qabiliyyətlərinə malik olsalar da, cəsarətsizdirlər, daim əsarət və asılılıq vəziyyətindədirlər. Yunan tayfaları orta coğrafi vəziyyətdə olduqları üçün həm cəsarətli, həm də fərasətlidirlər, ona görə də yunanlar, türklər həmişə azad olublar, vahid dövlət yaratmış olsaydılar, digər xalqlar üzərində hökmranlıq da edə bilərdilər”. Aristotelin sözlərinə sübut olaraq orta paralellərdə yaşayan bir sıra imperiyaların adlarını çəkmək olar. Səlcuqlar, Teymurilər, Səfəvilər, Osmanlılar və s. Xatırladaq ki, bu paralellərdə hakimiyyət quranların demək olar ki, 90 faizi türklər olub.

İqlim qurşaqlarının müxtəlif tipli insanlar yaratdığını araşdırmaq üçün psixoloq Fərəh Kamilova ilə alaqə saxladıq. Müsahibimiz bildirdi ki: “Müxtəlif iqlim qurşaqlarında olan Avropa və Afrikanı bir-birindən fərqləndirən yalnız görünüşləri deyil, həyat tərzləri, mədəni vəziyyətləri və digər amillər də bura daxildir. İnsanlar təbii-coğrafi mühit, genetik kod, sosial mühit, tarixi şərait və mədəni mübadilənin təsiri ilə formalaşırlar. Ölkənin havası, suyu, yaşayış tərzi, yalnız xarici görünüşü deyil, həmçinin xarakteri də formalaşdırır. Şimal ölkələrində günəşi ilboyu az görən yerlərdə xalqlar daha mədəni, sakit, soyuqqanlı və daha az üsyankar olur, amma ilboyu günəşli günlərin sayı daha çox olan tropik Afrika və digər ekvatorial ölkələrin sakinlərini dərilərinin qalınlaşması, tündləşməsi, saçlarının qıvrılması və s.-dən başqa ruhi halları daha emosinal daha dəliqanlı, çılğın olmağa sövq edir. Elə gündəlik həyatımızda da bunu müşahidə etmək olar, isti günlərdə daha çox gəzmək, hərəkətli olmaq istədiyimiz halda, soyuq havalarda çölə çıxmaq istəmirik, passivləşirik.”rə, G
İqlimdən asılı olaraq Avropa əhalisi ağbəniz, saç

Aristotel xalqların iqlimə uyğun xarakterlərinin formalaşmasını belə izah edir ki, soyuq ö. Aristotelin s

İqlim qurşaqlarının mü

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, iqlimin insan xarakterinin formalaşmasında rolu danılmazdır: «Bu, elmi cəhətdən təsdiq olunub. Şərq və Qərb insanlarının düşüncələri, xarakterləri fərqli olduğu kimi, kənddə və şəhərdə yaşayan insanlar da bir-birilərindən fərqlənirlər. Eləcə də, soyuq və isti ölkələrin sakinləri müxtəlif olurlar. Bir xalqın, toplumun mədəni, digərinin qeyri-mədəni olduğunu iddia etmək gülüncdür. Sakitlik, mülayimlik hələ tam olaraq mədəniyyət göstəricisi sayılmadığı kimi, çılğınlıq da mədəniyyətsizlik anlamına gəlməməlidir. Soyuq, şaxtalı iqlim qurşaqlarında yaşayan o qədər xalqlar, insanlar var ki, onlar mədəni inkişaf səviyyələrinə görə, çox geridə qalıblar. Eyni iqlim qurşağında yaşayan xalqların da bəzisi sürətlə inkişaf edir, bəzisi yox. Yəni bu, mübahisəli məsələdir. Bütün bunlara baxmayaraq

 

Turanə Zeynallı






19 Dekabr, 2012  18:25 Baxılıb: 1680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner