Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏMƏYİ UCUZLAŞDIRANLAR... – ARAŞDIRMA

Yerli əhali şikayət edir

Küçələrdə, bazarlarda onlarla daha çox rastlaşırıq. Səyyar ticarətlə məşğuldurlar. Azərbaycan dilində çətin danışırlar. Əvvəllər yalnız Bakı şəhərində görünürdülərsə, indi ölkənin bütün bölgələrində müxtəlif malların satışı ilə pul qazanırlar. Söhbət Azərbaycana gələn işçi miqrantlardan gedir. 

Səyyar satışla məşğul olan əcnəbidən biri Pakistandan gələn Əhməd Feazdır. O, Nəsimi və Nərimanov rayonlarında bəzək əşyaları - qolbaq, boyunbağı satır. Satdığı bir boyunbağının qiyməti 23 manatdır. Əhməd ayda 300 manata yaxın pul qazandığını deyir. Başqa heç yerdə iş tapmadığından bu pulun onu qane etdiyini bildirir. Azərbaycanca yaxşı bilməsə də burada İqtisad Universitetində oxuyur: “Səhər dərs olduğuna görə günortadan sonra işləyirəm. Təhsil haqqım ildə 800 manatdır. Memar Əcəmi metrosunun yaxınlığında kirayə qalıram. Ayda 100 manat kirayə pulu ödəyirəm.”

“İşlədikləri tikintilərdə gecələyirlər”

Son 10 ildə Azərbaycana işçi miqrantlarının axını artıb. Statistikaya görə, onlar əsasən Çindən, Pakistandan, Əfqanistandan, Türkiyədən, Özbəkistandan, Türkəminsandan gələnlərdir. Lakin əməkçi mühacirlərin dəqiq qeydiyatı aparılmır. Çünkü onların əksəriyyəti ölkəyə qanunsuz yolla, qazanc dalınca gəlirlər. Əcnəbi mühacirlərdən tikintidə işləyənlər də az deyil. Bu işlərə yerli sakinlər yox, ucuz işçi qüvvəsi hesab edilən miqrantlar cəlb olunur.

Bakıda tikintidə usta işləyən Şakir Məmmədov deyir ki, yerli fəhlələr evin hər kvadrat metrini 4 manata istəyirsə, çinlilər 2-3 manata razı olurlar: “Onlar əsasən hörgü və suvaq işləri görürlər. Bəziləri briqada ilə gəlirlər, onların tərcüməçiləri də olur. İşə xüsusi avtobuslarla gəlib-gedirlər. Yemək xərclərini də briqada ödəyir. Yeni tikililərdə onlara müvəqqəti, sadəcə qapısı və pəncərəsi olan boş mənzil verirlər. Çoxları isə tək gəlib işləyir. Belələrinin qalmağa yeri olmur, işlədikləri tikintilərdə gecələyirlər”.

“Hər yeri tutublar”

Qanunvericiliyə əsasən, işləməyə gələn miqrantlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən lisenziya almalıdır. Əks halda işəgötürənlər cərimə olunur. Dövlət Miqrasiya Xidmətinin məlumatında göstərilir ki, bu ilin sentyabrına qədər 268 əcnəbi cərimə olunub və Azərbaycanda yaşamaları rəsmiləşdirilib.

Lakin əcnəbiləri qanuni əsaslarla da işə götürməkdən çəkinirlər. “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq, Azərbaycanda işləməyə gələn əcnəbilər bir illik icazə üçün 1000 manat dövlət rüsumu ödəməlidirlər. Nəzərə alsaq ki, Azərbaycana miqrantlar əsasən iqtisadi durumu ağır olan ölkələrdən gəlir, bu səbədən rüsum ödəməkdə çətinliklər yaranır. Azərbaycandan gedən miqrantlar isə hər bir ölkənin qanunvericiliyinə uyğun rüsum verirlər. Məsələn, Rusiya qanunvericiliyinə görə, iş üçün gələn miqrantlar 52 dollar ödəməlidir.

11970 nəfərdən artıq işçi Azərbaycana gətirilməməlidir

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Azərbyacandan gedənlərin ölkəyə gələnlərin sayından çox olduğunu söyləyir: “Buna baxmayaraq Azərbaycanda hər il əməkçi miqrantların sayı artır. Onlar işə götürülənlərin şəxsi dəvəti əsasında gəlirlər”.
Ekspert qeyd edir ki, Əmək miqrasiyası haqqında qanuna görə, Azərbaycan 11970 nəfər əməkçi kvota müəyyən edib. Nazirlər Kabinetinin müəyyən etdiyi bu saydan çox adam Azərbaycana gətirilməməlidir: “Amma türk şirkətlərinin Azərbaycana gətirdiyi miqrantların sayı həmin rəqəmdən çoxdur. Kvotaya əməl olunmur. Heç kim bunun qaydalarını da bilmir. Kvotanın manitorinqinin aparılması qaydaları mövcud deyil. Tükiyə, Özbəkistan, Türkmənistan, Çin vətəndaşları hazırda Azərbaycanın müxtəlif ərazilərində dövlət büdcəsi hesabına tikilən obyektlərdə əmək faliyyəti ilə məşğuldurlar”.

Usta Şakir isə bu vəziyyətdən narazıdır. Deyir, əcnəbi miqrantlar işin qiymətini ucuzlaşdırır: “Onlar yalnız binaların deyil, həm də şəxsi evlərin də tikinti işlərini əllərinə alıblar. Hər yeri tutublar. Bizim yerli əhali isə işsiz qalıb. Əcnəbilər burada qazandıqları pulla öz ölkələrində yaxşı dolana bilərlər. Onlara ucuz qiymətə işləmək sərf edir, bizə isə yox”.

Arifə Mikayılova






17 Dekabr, 2012  18:14 Baxılıb: 1509 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner