Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Gürcü şagirdləri və Azərbaycan tələbələri

Otuz nəfər qara kurtkalı, əli təsbehli, telefonlu oğlan pıçhapıçla erməni qızdan danışmağa başladı.



Bizimkilər özündən, özümüzdən, milli-mənəvi dəyərlərdən, bizim necə mədəni, tərbiyəli, ədəbli, böyük-kiçik yeri bilən xalq olduğumuzdan danışanda ağızlarına çullu dovşan sığmır. Xüsusilə gürcülərlə müqayisə edib, onların olduqca yekəxana, özündənrazı millət olduğunu, bizi adam yerinə qoymadıqlarını deyirlər. Nəinki milətin millətə, heç insanın da insana yuxarıdan aşağı baxmağını normal hesab eləmirəm. Amma bu özündənrazılıq, yuxarıdan aşağı baxmağa motiv, səbəb olanda, düşündürücü olur.
Gözümü açandan görmüşəm ki, bizimkilərin yanında gürcülər, gürcü ədəbiyatı, mədənyəti barədə bir kəlmə deməyinə peşman olursan. O dəqiqə onların yekəxana olduqlarını, bizi adam yerinə qoymadıqlarını, yuxarıdan aşağı baxdıqlarını gözə soxurlar. Bizimkilərə qəribə gəlir ki, necə olur, doqquz iqlim qurşağı, nefti, qızıl yataqları, muğamı olmayan bir xalq özünü belə darta bilir?
Bizimkilərə dəxli yoxdur ki, Rusiyada hər evdə Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri var. Dəxli yoxdur ki, Nodar Dumbadze keçmiş sovet xalqları arasında ən məşhur yazıçılardan biridir. Dəxli yoxdur ki, gürcü kinosu özünəməxsusluğu ilə dünyada tanınıb. Dəxli yoxdur ki, Rusiya telekanallarında az qala hər üç aparıcıdan biri gürcü soyadı daşıyır. Ümumiyyətlə onlara çox şeyin dəxli yoxdur.
Bu günlərdə QHT-lərdən birinin xətti ilə Gürcüstanda bir tədbirə qatıldım. Tədbir çərçivəsində insan haqları mövzusunda çəkilmiş bir neçə filmi şagirdlərə, tələbələrə göstərib, müzakirə eləməli idik.
İlk getdiyimiz yer Tiflisin ucqar rayonlarından birində yerləşən bir ota məktəb idi. Onlara mühacirətlə bağlı bir sənədli film təqdim elədik. Oğlanlı-qızlı bütün şagirdlər səslərini çıxarmadan filmə baxdılar. Bir nəfər də olsun yerindən söz atmadı, zarafat eləmədi. Sükut içində filmə baxandan sonra müzakirə başladı. Onuncu sinif şagirdləri aksentlə də olsa, rus dilində müzakirəyə qoşulub, öz fikirlərini dedilər. Hamısı mühacirət barədə fikir dedi. Münasibətlərini bildirdi. Tanıdıqları mühacirlərdən danışdılar. Mühacirətin ağır şey olduğunu dedilər. Söhbət əsnasında heç biri pıqqıldayıb gülmədi. Şit zarafat edən olmadı. Bir-birilərinin sözünə təmkinlə, səbirlə qulaq asdılar.
Əvvəl elə bildim ki, bu, nəsə xüsusi məktəbdir. Ağlım kəsmirdi ki, sıradan bir məktəbdə həm dili bilən, həm də belə ağıllı fikirlər bildirən uşaqlar olsun. Amma sonra təşkilatçılar buranın paytaxtdakı əksər məktəblər kimi, sadə məktəb olduğunu dedilər.
İkinci təqdimat universitetlərdən birində idi. Universitetdə oxuyan azərbaycanlı tələbələrə irqi ayrı-seçkilik mövzulu bir sənədli film təqdim etməli idik. Təqdimatçılar arasında erməni qız da vardı. Otuz nəfər qara kurtkalı, əli təsbehli, telefonlu oğlan pıçhapıçla erməni qızdan danışmağa başladı. Bir-birlərinə, bizə şit-şit sözlər atmağa başladılar. Gürcülərin və ermənilərin yanında xeyli utandım. Ayağa qalxıb, onlara bir neçə saat əvvəlki məktəbdə onuncu sinf uşaqlarının özlərini necə mədəni aparmalarından danışdım. Xahiş elədim ki, ən azından o uşaqlar qədər mədəni, təmkili davransınlar. Hırıldayıb güldülər. Film başlaynada hər yandan atmacalar atmağa, at kimi şinəməyə, gic-gic zarafatlar eləməyə başladılar. Dəqiqədə bir hansınasa sms, zəng gəlməyə başladı. Bəziləri hətta film gedə-gedə telefonu açıb, zəngə cavab verdi. Biri ayağa qalxıb, otaqdan çıxdı, on dəqiqədən sonra əlində peçenye ilə qayıdıb, yeməyə başladı. O biriləri ona baxıb hırıldaşdılar.
Müzakirəni tez qurtardıq. Çünki gördük ki, onların heç bir fikirləri yoxdur. Gic-gic danışıb, bizi biabır etməkdən başqa heç nəyə yaramırdılar. Onlarda on beş yaşlı gürcü uşaqlarının təmkini, ağlı, mədəniyyəti yox idi.
Belə şeyləri yazanda da adama xalq düşməni adı qoyurlar. Deyirlər ki, qınından çıxıb qınını bəyənmirsən. Deyirlər ki, əlinizdən elə xalqı söymək gəlir. Elə bil mənim günahımdı ki, bu xalqın tələbəsi, gənci gürcülərin balaca-balaca uşaqlarına təmkində, savadda, mədəniyyətdə uduzur.
Saxta, şablon vətənpərvərlik dərslərindənsə, başqa xalqlara nifrət aşılamaqdansa, başqa xalqları onların gözündən salmaqdansa, uşaqlarınızın əsl tərbiyəsi ilə məşğul olun. Onları musiqi, rəsm, balet, şahmat məktəblərinə göndərin. Kitab oxutdurun. Teatra, kinoya aparın. Bilet, kitab almağa pulunuz yoxdursa, filmləri, kitabları evdə, internetdən endirib, birlikdə baxın, oxuyun. Müzakirə edin. Uşaqlarınızla söhbət eləyin. Mədəni, təmkinli davranmağı öyrədin.
Azərbaycanı, Azərbaycan mədəniyyətini ,azərbaycanlıları yalandan onların gözündə böyüdüb, sonra başqa xalqların yanında gülməli vəziyyətə düşmələrinə səbəb olmayın. Qoyun bilsinlər ki, fransızlar, ingilislər, almanlar dünyanın ən mədəni xalqlarıdı. Bilsinlər ki, onların böyük mədəniyyəti, ədəbiyyatı var. Bilsinlər ki, ruslar böyük xalqdı. Bilsinlər ki, istənilən Nobel mükafatçısı öz Nobel çıxışında mütləq Dostoyevskinin, Tolstoyun adını çəkir.
Bəlkə bunları biləndən sonra bizim gənclər başqa xalqların gəncləri yanında gülməli vəziyyətə düşməz. Biz, bax, bunu istəyirik.







14 Dekabr, 2012  16:23 Baxılıb: 1809 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner