Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

CƏRİMƏLƏRIN ARTIRILMASI QƏZALARIN QARŞISINI ALACAQMI? – ARAŞDIRMA

.

“Dayday”ı olan məsuliyyətə cəlb olunmur, “dayday”sız kasıb isə cəriməni ödəməyə məcburdur”.
Ölkəmizdə yol hərəkəti qaydalarının pozulması halları gündən-günə artmaqdadır. Elə gün olmur ki, yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olmasın. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu hadisələrin əksəriyyətinin baş verməsində əsas səbəb kimi sürücülərin sürət həddini aşmasını göstərsə də, başqa səbəblərin olduğu da sirr deyil.
Yol polisinin rüşvət alması, sürücülərin qanunlara riayət etməməsi, içkili sükan arxasına oturmaq, kəmərdən istifadə etməmək, piyada keçidlərində piyadalara yol verilməməsi, sənədsiz avtomobilin idarə olunması və bu kimi hallarla qarşılaşmaq artıq adiləşib.
Onu deyək ki, Azərbaycanda yol hərəkəti sahəsində beynəlxalq norma və qaydalar 1998-ci ildə “Yol hərəkəti haqqında” qəbul edilən Qanunla tənzimlənir. Qanundakı bəzi müddəalar bu günün tələblərinə cavab vermədiyinə görə, Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi son dəyişiklik və əlavələr bu il dekabrın 1-dən qüvvəyə minib. Əlavə və dəyişikliklərə əsasən bir sıra yol hərəkət qayda pozuntularına görə, cərimələrin məbləği artırılıb.
Dəyişikliklərə əsasən avtonəqliyyat vasitəsinin sürət aşma həddinə görə, 10 km/saatdan 20 km/saatadək 30 manat, 20 km/saatdan 40 km/saatadək 2 bal tətbiq edilməklə 50 manat, 40km/saatdan 60km/saatdək 3 bal tətbiq edilməklə 50 manat, 40km/ saatdan 60km/saatadək 3 bal tətbiq edilməklə 150 manat, 60km/ saatdan və daha yüksək 4 bal tətbiq edilməklə 250 manat cərimə olunur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov Simsar.az-a açıqlamasında tətbiq olunan cərimələrin piyada və sərnişinlərə də aid olunacağını bildirdi: “İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik qayda pozuntularının qarşısına almağa müsbət təsir göstərəcək. Cərimələrin artırılması, qaydaların sərtləşdirilməsi insanlarda yol hərəkəti qaydalarına riayət olunması məsuliyyətini daha da artırır. Belə ki, sürücülər ailə büdcəsinə qənaət etmək məqsədilə, məsuliyyət hiss edirlər. Eyni zamanda cərimələrin artması və yol polisi xidməti maşınlarına kameraların qoşulması yol polislərinin rüşvət almasının qarşısını alacaq. İndi yol polislərinin və sürücülərin fəaliyyətinə bir mərkəzdən nəzarət olunur”.
10 ildi taksi sürücüsü işləyən Murad Muradov cərimələrin artmasına yol polislərinin daha çox sevindiyini deyir: “Bütün sürücülər ayda bir neçə dəfə kiçik də olsa, qayda pozuntularına yol verirlər. Elə sürücü yoxdu ki, qaydanı pozmasın. Cərimənin artmasına sevinən isə yol polisidir. Kasıb uşağının boğazından kəsib cərimə ödəmək istəməz. Ona görə də, istər-istəməz yol polisə az pul ödəyərək canını qurtarır”.
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri hüquqşünas Əliməmməd Nuriyev cərimələrin artmasına : “Cərimələrin artması son dövrlər daha da sürətlənib. Son 7-8 ildə ictimai qaydaların pozulması, inzibati xətaların artması o qədər çoxalıb ki, “Yol hərəkəti qaydaları ” Qanunu pozuntuların qarşısını ala bilmir. Buna görə də, Qanunda bir sıra dəyişikliklər edilərək cərimələrin artırılması davam edir. Cərimələr dövlət nişanının olmadığına görə, maşını idarə edərkən telefonla danışıldığına , avtomobil şüşələrinə örtük vurulmasına və sürətin müəyyən olunan həddən artıq olmasına görə kəsilir.
Yol hərəkəti qaydalarına riayət olunması mövqeyindən asılı olmayaraq hər kəsə aid olmalıdır. Bu gün Azərbaycanda yol polisləri maşınların nömrələrinə görə cəza kəsirlər. Cərimələrin artmasından isə ən çox sadə vətəndaşlar əziyyət çəkir. Çünki vəzifəli şəxslərin uşaqlarını heç məsuliyyətə cəlb etmək mümkün deyil. Onlar istədikləri kimi qaydaları poza bilərlər. Yol polisi bunları nəzərə alaraq, ən kiçik tənbehlərə belə göz yumamalı, hərkəsin öz cəzasını kəsməlidir. Məsuliyyətdən qaçıldıqda belə həmçin vətəndaş haqda məhkəməyə müraciət olunmalıdır.Cərimələrin artması yol polislərinin rüşvət almasına yol açır. Vətəndaş yüksək cəriməni ödəmək əvəzinə məsləni yol polisi ilə qısa və ucuz yoldan həll eləməyə çalışır, bu da yol polislərinə sərf edir”.
Tətbiq olunan cərimələrin piyada və sərnişinlərə də şamil olunacağına görə, bu barədə yol kənarındakı bir neçə piyadadan da münasibəti öyrənməyə çalışdıq.
Nuranə Rəhimova: “Cərimələrin artmasını müsbət hal kimi qəbul edirəm, cərimələr yüksək olsa da, yenə də qanun pozuntularına rast gəlinir. Buna görə də, cərimələrin həddi elə olmalıdır ki, sürücülər qayda pozuntularından çəkinsinlər”.
Elşən Məmmədov: “Cərimələrin olması bir tərəfdən qayda pozuntularına yaxşı təsir etsə də, mənfi tərəfləri də var. Avropa ölkələrində olan cərimələrlə müqayisədə Azərbaycan əhalisinin iqtisadi vəziyyətinə uyğun deyil. Çünki bu qanun pozuntularını yalnız varlılar deyil, sadə vətəndaşlar da edir. Sürücülərin çoxu ailə saxlamaq məqsədilə bu peşəni seçib, kiçik qayda pozuntularına görə, onun həftəlik bəlkə də aylıq qazancını cəriməyə ödəyir”.
Cəmilə Kərimli: “Bu tədbirin müəyyən qədər təsiri olsa da, eyni vəziyyət qalacaq. Çünki “dayday”ı olan məsuliyyətə cəlb olunmur, onların cərimə ödəməsinə ehtiyacı qalmır. “Dayday”ı olmayan kasıb isə cəriməni ödəməyə məcburdur”.

Turanə Zeynallı






7 Dekabr, 2012  14:56 Baxılıb: 1852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner