Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DOKTORANTURAMIZIN PROBLEMİ – QİYABİ, YOXSA ƏYANİ? - ARAŞDIRMA

“Bu gün elmi işçinin müasir sosial vəziyyəti ilə nə araşdırma aparmaq, nə məqalə yazmaq, nə də lazımi kitabları almaq olar”.

Ən yüksək ali təhsil hesab olunan doktoranturaya maraq azalıb. Daha çox qiyabi şöbənin seçilməsi ilə bağlı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov açıqlamasında: ”Doktoranturada təhsil alan şəxslərin əyani şöbədən qiyabiyə axını doktorantların təqaüdlərinin az olması ilə bağlıdır. Bəzi doktorantlar özlərinə iş taparaq oxumağa və qiyabi şöbəyə keçməyə daha çox üstünlük verirlər. Biz çalışırıq onlardan bəzilərini yarımştat da olsa, işdə saxlayaq”, -deyib. 

Ancaq onu da deyək ki, doktorantlara verilən təqaüdün az olması ilə bağlı problemlər hələ də həllin tapmayıb. Hazırda bu məsələylə bağlı Azərbaycan Nazirlər Kabinetində müzakirələr aparılır və qaldırılan məsələ bəzi nazirliklərlə razılaşma mərhələsindədir. Qiyabi formada təhsil alan doktorantlar müəyyən elm ocaqlarında işləyir və maaş alırlar. Lakin əyani şöbədə təhsil alan doktorantların konkret iş yerləri olmur, yarımştat formada işləyə bilirlər. Mahmud Kərimov açıqlamasında onu da deyib ki, AMEA Rəyasət Heyəti təqaüdlərin 300 manat müəyyən edilməsi təklifi ilə Tarif Şurasına müraciət edib.

Doktoranturada əyani oxuyanların və ümumilikdə bu sahədə təhsil alanların mövcud sosial problemlərini araşdırmağa çalışdıq.

Doktorant necə düşünür?

İlk öncə doktoranturada təhsil alanlardan biri - Elşad Əliyevlə söhbətləşdik. O artıq 3 ildir ki, doktoranturada əyani təhsil alır. E.Əliyev bizimlə söhbətində deyir: “Doktoranturada əyani təhsil alanlar 110 manat təqaüd alırlar ki, bu da heç onların yemək puluna çatmır. Bu təhsil özü ilə bərabər o qədər problemlər gətirir ki... Əgər digər bölgədən gəlmisənsə, aldığın təqaüdlə kirayə pulu ödəməli, yemək xərclərini çatdırmalısan. Ailəli oldunsa, onda vay halına. Fikirləşin ki, ailənin digər ehtiyaclarını da təmin etməlisən. Doktorantura təhsilini alanların əksəriyyəti 25 yaşından yuxarı olan şəxslər olduğundan, onların əsas problemi təhsil almaq deyil, gələcəkdə ailə qurmaq və ailə saxlamaqdır. Belə ki, doktorantura təhsili alan şəxs ən yaxşı halda AMEA-da elmi işçi kimi fəaliyyət göstərə bilər ki, burda da əməkhaqqı təxminən 150-200 manat arasında dəyişir.
Təhsil problemləri isə göz qabağındadır. Bu gün elmi işçinin müasir sosial vəziyyəti ilə nə araşdırma aparmaq, nə məqalə yazmaq, nə də lazımi kitabları almaq olar. Əlavə xərclərin çox olması, alınan təqaüdün xərcləri ödəməməsi, elmə verilən qiymətin göstəricisidir.

Problemə ekspertlərin münasibəti necədir?

Mövcud problemlərlə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev doktorantların əyanidən qiyabi təhsilə keçidinin daha səmərəli olduğunu deyir: “Hüquqi əsaslara görə, doktorantura təhsilinin müxtəlif formaları var. Bu təhsil formalarının hər biri uzun illər təcrübədən keçib.Sovet dövründə doktorantura təhsilində əyaniyə çox yer verilib. Ancaq hazırda doktorantura təhsilində qiyabiyə daha çox önəm verilir. Əyani formada təhsil alan tələbələrin təqaüdünün az olması, qiyabi formada olan təhsilə marağı artırıb, qiyabi formada təhsil alan doktorantlar yaxşı maaşlı işlə təmin oluna bilirlər. Bundan başqa işləyərək əmək kitabçasının yazılması üstünlüyünü daha da artırırlar.
Tanınmış elm adamı, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı isə “doktoranturada təhsil alan tələbələrin çoxu işlədiyinə görə, onlara qiyabi təhsil daha uyğundur”- deyir. Ekspert əsas problemi təqadün azlığında görür: “Tələbələrin təqaüdünün aşağı olması, vəziyyəti çətinləşdirir. Azərbaycanda ailə köməyi olmadan doktorantura təhsili almaq çox çətindir. Ailə köməyi olmuyan istedadlı gənclərə isə dövlət dəstəyi olmalıdır. Doktoranturada əyani təhsilə daha çox üstünlük verilməlidir, çünki əyani təhsillə müqayisədə qiyabi təhsilin səviyyəsi həmiş aşağı olub. Biri var gündəlik araşdırma ilə məşğul olasan, biri də var imkan olduqca. Əlbəttdə ki, əyani təhsilin üstünlükləri daha çoxdur.

Azərbaycanda və xaricdə doktorantura təhsilinin müqasiyəsi

Əjdər Ağayev deyir ki, Azərbaycanda doktorantura səviyyəsinin xariclə müqayisədə aşağı olduğunu demək olmaz: “Ola bilər ki, bir sıra problemlərimiz var. Lakin insanın yaradıcılıq qabiliyyəti, dövlətin bu sistemə uyğun təhsili, digər dövlətlərlə müqayisədə, heç də aşağı deyil. Xaricdə doktorantura təhsil alan tələbələrə məqalələrinin çapına görə, 1000 dollara yaxın pul verirlər. Bundan başqa doktorantlara ezamiyyə pulu, laboratoriya və ya araşdırma üçün müəyyən miqdarda təqaüd verilir. Azərbaycanda isə belə maliyyə yardımları olmadığına görə, doktorant bir sıra problemlər yaşayır.
Məhərrəm Zülfüqarlı isə Azərbaycanda doktorantura təhsilinin istənilən səviyyədə olmadığını bildirdi. İnkişaf etmiş ölkələrlə Azərbaycan təhsilinin müqayisə etmək olmaz. Çünki bunlar arasında böyük fərqlər var. Məsələn, Şimali Kipr Universitetində ali məktəbdə elmi işçi 2500 dollar maaş alır. Bu Azərbaycanla müqayisədə 10 dəfə çoxdur. Azərbaycan Təhsil Qanununda təqaüdlərin artması tədricən olacaq , lakin bu qeyri- müəyyən olmamalıdır. Konkret olaraq neçə ildən bir və nə qədər artacağı dəqiq göstərilməlidir.

Ekspertlər çıxış yolunu nədə görürlər

Ekspertlər problemdən çıxış yolunu Dövlət proqramı üzrə Dövlət Dəstəyi layihələrində görürlər. Onlar deyir ki, bu layihələr istedadlı doktorantların üzə çıxarılmasına kömək edəcək. Layihələr vasitəsilə ən istedadlı elmi işçilərə Dövlət proqramına əsasən əlavə təqaüdlər veriləcək. Bu təqaüdlərin miqdarı çox olacaq. Bu da doktorantura təhsili alanların həm sosial rifahında, həm də elmi işlərini aparmalarında tələb olunan əlavə xərcləri ödəyəcək.

Turanə Zeynallı






29 Noyabr, 2012  16:05 Baxılıb: 4512 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner