Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏHBUS ÖLÜMLƏRİ NİYƏ ÇOXALIB?

Elçin Behbudov: «İstənilən halda bu hadisələr işgəncə faktı kimi qiymətləndirilir» 

Son aylar ərzində ölkənin müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar arasında ölüm faktları çoxalıb. Məhbusların əksəriyyətinin Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsində xəstəlikdən həyatını dəyişdiyi bildirilsə də, onların arasında intihar edənlər də var. Təkcə oktyabr və noyabr aylarında xəstəlikdən 10 nəfər məhbusun adıçəkilən müəssisədə vəfat etdiyi bildirilir. Lakin bununla bağlı hər hansı rəsmi açıqlama verilmir.

Bu ilin əvvəlindən həbsxanada ölən məhbusların sayını və ölüm səbəblərini aydınlaşdırmaq məqsədilə Pentensiar Xidmətlə əlaqə saxlasaq da, hər hansı bir məlumatı əldə edə bilmədik. Qurumun mətbuat xidmətindən məhbus ölümlərini prokurorluq tərəfindən araşdırıldığını, səbəblərinin ortaya çıxarıldığı bildirildi. Ölüm saylarına gəldikdə də, məlum oldu ki, Pentensiar Xidmətdə bu cür statistika aparılmır. 

«İşgəncələr Əleyhinə» Komitənin rəhbəri Elçin Behbudov isə Simsar.az-a açıqlamasında dedi ki, ölüm hallarının artması ilk növbədə cəzaçəkmə müəssisələrində məhbuslarla rəftarla bağlıdır: «Təsəvvür edin ki, Azərbaycanda «İşgəncələr Əleyhinə» cəmi bir təşkilat var. Ədliyyə Nazirliyi isə həmin təşkilatın nümayəndələrinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasını qadağan edib. Bu, məhbuslarla pis rəftar edilməsi və işgəncə faktlarının gizlədilməsindən xəbər verir. Əvvəllər biz həmin müəssisələrə baş çəkirdik və buradakı faktları qeydə alırdıq. İndi isə belə bir imkanımız yoxdur. Pentensiar Xidmətin araşdırmaları isə birtərəfli olur».

E.Behbudovun sözlərinə görə, təşkilat bir qədər əvvəl qeydə alınmış intihar hadisəsi ilə bağlı araşdırma aparıb: «Qobustan həbsxanasında ömürlük cəzaya məhkum olunmuş Elşən Məmmədovun yaxınları onun müntəzəm olaraq incidildiyini bildiriblər. Buna görə də intihar hadisəsi adlanan bu hadisə də bizim tərəfimizdən işgəncə faktı kimi qeydə alınıb».

Hüquq müdafiəçisi qeyd etdi ki, cəsaçəkmə müəssisələrinin qapılarının ictimai təşkilatların üzünə bağlı olması hər hansı bir hadisə ilə bağlı şübhələrin yaranmasına səbəb olur. Bu hadisələrin əksəriyyəti işgəncə faktı kimi qeydə alınır: «Qapalı şəraitdə insan ölürsə, bu cəmiyyətdə səs-küyə səbəb olur. Sual olunur, məhbus intihar edirsə, niyə buna imkan yaradılır? Həbsxanalarda gözlüklər olur və nəzarətçilər məhbusları diqqətdə saxlamalıdırlar. Xəstədirsə, niyə vaxtında müalicə olunmur? Bəlkə onlara iynə - dərmanlar verilmir? Ölüm fatklarının olması heç bir müəssisəyə, o cümlədən Ədliyyə Nazirliyinə başucalığı gətirmir. Cinayət törədən insan onsuz da cəzasını çəkir, onunla qeyri-insani rəftar etməyə nə ehtiyac var?»
E. Behbudov onu da qeyd etdi ki, il ərzində Komitəyə işgəncə faktları ilə bağlı 129 müraciət daxil olub.

Xatirə Nəsirli






24 Noyabr, 2012  14:00 Baxılıb: 1482 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner