Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qəbələ”nin baş məşqçisi stadionda öldü

37 yaşlı mütəxəssis infarktdan vəfat edib 

Futbol üzrə Azərbaycan çempionatında faciə qeydə alınıb. Apasport.az saytının xəbərinə görə, bu gün U-17 liqasında keçirilən “Bakı” - “Qəbələ” matçında ölüm hadisəsi baş verib.

Belə ki, ilk yarının sonlarına yaxın qonaq komandanın baş məşqçisi Eldəniz Süleymanovun səhhəti pisləşib. Tibbi personal onun vəziyyətinin ağır olduğunu görüb, təcili xəstəxanaya aparıblar. Amma infarkt keçirən 37 yaşlı mütəxəssisin həyatını xilas etmək mümkün olmayıb.

Mərhum 1975-ci il avqustun 29-da Naxçıvanda anadan olmuşdu. Futbolçu karyerası boyunca “Arsenal” (Tula), “Stroitel”, “Jemçujina” (hamısı Rusiya), “Azəri”, “Kəpəz”, “Araz”, AMMK və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

Süleymanov karyerasını “Qəbələ”də bitirib, burada da məşqçilik fəaliyyətinə başlayıb. O, Akademiyada U-17 komandasına rəhbərlik edirdi.

Qeyd edək ki, Süleymanov infarkt keçirən zaman “Qəbələ” 2:1 hesabı ilə öndə olub. Qarşılaşma isə elə qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 3:2.

Mərhum 2 uşaq atası idi.

Allah rəhmət eləsin!






6 Noyabr, 2012  13:32 Baxılıb: 1053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner