Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Ziyalının müğənniyə pul xərcləməsi

.

(Yazarlarımızın baykotunun ardınca)

Aqşin Yenisey, Salam Sarvan və Murad Köhnəqaladan ibarət Oğuz eli məsləhət-məşvərət eləyib, qərar qəbul elədilər və iki tonqal yandırıb bütün mahala xəbər saldılar ki, bundan sonra toya-zada getməyəcklər. Odur ki, heç kim boş-boşuna özünə əziyyət verib onlara dəvətnamə yazmasın, bununla da kağıza qənaət, dolayısıyla, ekologiyaya xidmət eləsin, boşuna konturunu xərcləməsin və nəhayət ağzını ağrıtmasın. Onlar uludan-ulu, qədimdən qədim xalqımızın adını «el adəti» qoyduğu, əslində isə məsələn, bir avropalıya boşuna dəhşətli pul və can (içkini-filanı nəzərə alsaq) məsrəfi olan bu ətyemə və araqiçmə şənliyinə getməyəcəklərində qəti və israrlıdırlar.
Yazar dostlarımızın toylarla bağlı bu qəzəbqarışıq bəyanatları birmənalı qarşılanmadı. Kimisi bu «məişətvari baykot»a güldü, kimi bu hərəkəti xəsislik, kimi də gündəm yaratmaq cəhdi kimi qəbul elədi. Təbii ki, papağını qabağına qoyub düşünəndən sonra razılaşanlar da az olmadı.
Əslində isə, yazar dostlarımız ya bilərəkdən, ya bilməyərəkdən çox böyük, amansız bir sektorla müharibə başlayıblar. Cibimizi soyan, bizi mənasız yerə pul xərcləməyə vadar edən, «toy» adlı mərasimdən yalnız və yalnız özü qazanclı çıxan soyğunçu bir sektorla. Onların bəyanatları böyük pullara, böyük biznes sahəsinə qarşı açılan müharibədir. Çünki, şadlıq evlərində toy eləməklə biz həm onsuz da harınlıqdan çatlayan adamları varlandırır, həm də bu toylarda oxuycaq müğənninin qonorarını ödəmiş oluruq. Yəni dolayısıyla, biz zövqsüzlüyün, görməmişliyin, harınlığın, bayağılığın rifahı üçün pul xərcləyirik.
Toylara getməmək maarifçilik, mədəniyyət sarıdan da olduqca zəruri və faydalı addımdır. Biz həmişə efirin müğənnilər tərəfindən işğal olunduğunu, onların sadə insanların, gənclərin zövqünə hakm kəsildiyini, xalqın müğənnini yazıçıdan daha çox sevdiyini demirikmi?
Təsəvvür edin ki, toy sektoru öləziyir. Əsas gəlir yeri toy olan, efirə toy tutmaq üçün pul xərcləyən müğənnilərin də bazarı öləcək. Əl-ayaqları efirdən xeyli yığılacaq. Çünki onların efirə pul xərcləməsinə motiv də qalmayacaq.
On-on beş nəfərin toya getməməklə mentaliteti dəyişə biləcəklərinə
inanacaq qədər sadəlövh olmaq lazım deyil. Amma mübarizəni başlamaq lazımdır. Ən azından biz eləməyək. Xalqın avarasının, harınlarının, görməmişlərinin zövqsüzlüyə, bayağılığa, mikrofona, rəqqasəyə pul xərcləməsini tənqid edən ziyalının ən ciddi borcu, öhdəliyindən biri də məncə, məhz budur: özünün bunu eləməməsi.
Yoxsa, rəqqasənin döşünün arasına pul basan məmurla, müğənniyə qonorar kimi çatacaq pulu nəmər qutusuna salan ziyalı arasında elə də ciddi fərq qalmır.






5 Noyabr, 2012  16:26 Baxılıb: 1618 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner