Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qasırğalara ad necə verilir? – VİDEO

.

Sakit və Atlantik Okeanda hər il onlarla qasırğa baş verir. Bütün qasırğaların statistik rəqəmlərini müəyyənləşdirmək üçün onlara müxtəlif insan asdları verilir. Bu qasırağalara adlar necə verilir?

Bu təbiət hadisəsinə müəyyən bir ad verilməsi keçmişdən gələn ənənədir. İlk dəfə XIX əsrin sonlarında avstraliyalı metereoloq qasırğalara qadın adları verməyə başlayıb. Amerika Beynəlxalq Qasırğa Mərkəzi 1953-cü ildən etibarən bu fikri rəsmən tətbiq edib. 1979-cu ildən etibarən qadın adları ilə yanaşı kişi adlarından da istifadə olunmağa başlandı.

Adların seçimi isə xüsusi tablo vasitəislə həyata keçirilir. Belə ki, Amerika Beynəlxalq Qasırğa Mərkəzi hər il ad cədvəlləri hazırlayır. 21 ad və 6 siyahıdan ibarət olan cədvəldə A-dan Z-yə qədər adlar yer alır. Bu siyahı hər 6 ildən bir təkrarlanır. Əgər hansısa qasırğa ciddi maddi ziyan vurubsa, onda həmin qasırğanın adı siyahıdan çıxarılır və onun yerinə başqa ad daxil edilir. Məsələn, 2005-ci ildə Amerikanın Yeni Orlean əyalətində baş verən Katrina qasırğasının adı həmin siyahıdan çıxarılıb.

Qasırğalar siyahıdakı sıraya əsasən adlandırılır. Hazırda ABŞ-da gözlənilən qasırğa siyahıya görə Sendi adlandırılacaq. Növbəti qasırğalara isə Toni, Valeri və Uilyam adları veriləcək.

Hazırda bir çox insan qasırğalara yalnız qadın adlarının verildiyini düşünür. Amma adı çəkilən siyahıda qadın və kişi adları bərabər saydadır. Ən güclü qasırğaların qadın adları ilə adlandırılması sadəcə təsadüfdür.

Fatimə Kərimli






29 Oktyabr, 2012  21:13 Baxılıb: 3677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner