Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

XİDMƏTİ AVTOMOBİLLƏR - AZƏRBAYCAN REALLIĞI VƏ DÜNYA TƏCRÜBƏSİ - ARAŞDIRMA

 Fazil Mustafa: "...dövlət idarəetməsində şəffaflıq buradan başlamalıdır ".

Azərbaycan parlamenti komitə sədrlərinin xidməti maşınlarını yeniləyib. Milli Məclisdə 11 komitənin sədrinə artıq «Mercedes E-Class» verilib. Həmin deputatlar aşağıdakılardır:


1. Əli Hüseynli (Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri),

2. Ziyafət Əsgərov (Təhlükəsizlik və müdafiə komitəsinin sədri),

3. Ziyad Səmədzadə (İqtisadi siyasət komitəsinin sədri),

4. Valeh Ələsgərov (Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri),

5. Eldar İbrahimov (Aqrar siyasət komitəsinin sədri),

6. Hadı Rəcəbli (Sosial siyasət komitəsinin sədri),

7. Arif Rəhimzadə (Regional məsələlər komitəsinin sədri),

8. Şəmsəddin Hacıyev (Elm və təhsil komitəsinin sədri),

9. Nizami Cəfərov (Mədəniyyət komitəsinin sədri),

10. Səməd Seyidov (Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri),

11. Rəbiyyət Aslanova (İnsan hüquqları komitəsinin sədri).



Komitə sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlki maşınları “Nissan Maxima” olub. Həmin maşınların istismar müddəti 7 il öncə bitib. Onların taleyinin necə olacağı məlum deyil.

Bildirək ki, «Mercedes E-Class» minimum təchizatla Almaniyada 40 min manata satılır. Həmin markalı maşının yüksək təchizatlısı isə 140 min manatadır.

Sabiq deputat, iqtisadçı Nazim Məmmədovun sözlərinə görə, ölkənin iqtisadi durumu yaxşılaşdıqca dövlət nümayəndələrinin xidməti avtomobillərinin qiyməti də qalxır: «Bir neçə il öncə prezident İlham Əliyev ölkənin iqtisadi inkişafını əsas gətirərək nazirlərə «BMW-745» markalı xidməti avtomobillərin verilməsinə göstəriş verib. Dövlət nümayəndələrinə bahalı xidməti avtomobillərin alınması ictimaiyyət tərəfindən yaxşı qarşılanmır».

Ekspert komitə sədrlərinə «niyə məhz Mercedes E-Class?» sualının açıq qaldığıını deyir: «Bahalı avtomobillərin alınmasını nə ilə izah edirlər? Alınma prosesini necə həyata keçirəcəklər? Qiymətlər necə olacaq? Bütün bunlar sual doğurur. Parlamentin işlər idarəsi bu kimi suallara cavab versə yaxşı olar».

Qeyd edək ki, ayrı-ayrı dövlətlərdə xidməti maşınlardan istifadə ilə bağlı qaydalar fərqlidir. Məsələn, Rusiyada məmurların xidmətlərinə yalnız yerli istehsal olan avtomobillər verilir. Gürcüstanda xidməti avtomobillər üçün ayrılan maksimum məbləğ 16 mindən yuxarı ola bilməz. Estoniyada dövlət avtomobil şirkətlərindən xidməti maşınları icarəyə götürür.

Xidməti avtomobillərlə bağlı sual doğuran məqamlardan biri də dövlət qulluqcularının xidməti maşınlarının markalarının rəngarəngliyidir. Nazirlər «BMW-745», parlamentin komitə sədrləri, «Mercedes E-Class», dövlət komitələrinin rəhbərləri, rəhbər müavinləri xidməti avtomobil kimi «Nisan», «Hyundai» sürürlər. ABŞ-da Nyu-York şəhərinin meri metrodan, Londonun meri isə velosipeddən yararlanır.

Deputat Fazil Mustafa daha öncə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda bu iş səmərəsiz və qeyri-şəffaf aparılır: “Bu, dövlət büdcəsinə xeyli baha başa gəlir. Adamlar büdcə vəsaitinin səmərəsiz xərclənməsi uğrunda sanki bəhsə girirlər. Düşünürəm ki, dövlət idarəetməsində şəffaflıq buradan başlamalıdır”.


Abbasov Səxavət






23 Oktyabr, 2012  13:19 Baxılıb: 1776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner