Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Futbol üzrə ötən mövsümün ən yaxşıları müəyyənləşib (SİYAHI)

.

Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Simsar.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının (PFL) rəhbəri Ramin Musayev, futbol ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.Rusiyanın məşhur “Slivki” qrupu da tədbirin qonaqları sırasında olub. Onlar zala toplaşanlar üçü öz mahnılarını ifa edib. Əvvəl ötən mövsümün ən yaxşıları mükafatlarını alıb. İdman Araşdırmaları Mərkəzi (İAM) tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən yaxşıları nominasiyalarında qalib gəlmiş futbolçulara PFL-in mükafatları təqdim edilib. İAM-ın 37 KİV - televiziya, internet saytları və qəzetlərdə çalışan idman jurnalistlərinin rəyi əsasında apardığı sorğuda “Neftçi”nin braziliyalı futbolçusu Flavio Aleks Valensiya 2011/12 mövsümünün ən yaxşı futbolçusu seçilib. Bununla da Flavinyo kimi tanıdığımız 29 yaşlı yarımmüdafiəçi ardıcıl 2-ci il bu mükafata sahib çıxıb. Lakin o, atasının səhhətində problem yarandığı üçün vətəninə yollandığından tədbirdə iştirak etməyib.

1. Ən yaxşı qapıçı – Kamran Ağayev (“Xəzər Lənkəran”)

2. Ən yaxşı müdafiəçi – Ruslan Abışov (“Neftçi”)

3. Ən yaxşı yarımmüdafiəçi – Adrian Pit (“Xəzər Lənkəran”)

4. Ən yaxşı hücumçu – Rauf Əliyev (“Qarabağ”)

5. Ən yaxşı baş məşqçi – Böyükağa Hacıyev (“Neftçi”)

6. Ən yaxşı futbolçu – Flavinyo (“Neftçi”)

7. Mövsümün tapıntısı (gənc futbolçu) - Nuran Novruzov (“Bakı”)


Tədbirdə digər mükafatlar da təqdim olunub.


Ən yaxşı assistent - Rəşad Abdullayev (“Neftçi”)

Ən yaxşı qol - Ceyhun Sultanov (“Kəpəz”)

Ən yaxşı bombardir - Bahodir Nasimov (“Neftçi”)

Ən sadiq azarkeş - Xoşbəxt Yusifzadə


Tədbirin sonunda ötən mövsümün çempionu “Neftçi”, gümüş mükafatçısı “Xəzər Lənkəran” və bürünc mükafatçısı “İnter”ə Fransanın məşhur “Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunub.






11 Oktyabr, 2012  13:50 Baxılıb: 957 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner