Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: "Həyata qadağalı baxış”

.

Dindarla, sekulyaristi bir verilişdə görüşdürüb, müzakirəsinə şərait yaratmamısınızsa, dəyənəklə polislərin kötəklənməsinə təəccüblənməyin.
Deyilənə görə hər şey Mirvari Qəhrəmanlının məlum qalmaqallı çıxışından sonra başladı. Xəzər Televiziyasında uzun illər boyu yerli efir məkanında sanbalı, obyektivliyi, aparıcı və muəllifinin məlumatlılığı ilə seçilən "Həyata baxış" verlişi qapadıldı. Əsl səbəb hamının bildiyi kimi, qonaqlardan birinin hakimiyyət, xüsusilə də neft şirkəti barədə kəskin tənqidi fikirlər deməsi olsa da, buna inzibati bir don geyindirildi və ən maraqlısı budur ki, illərlə bu verilişdə yer alan qonaqlar başda olmaqla, ictimaiyyət bu məsələyə laqeyd yanaşdı.
Ümumiyyətlə bu veriliş televiziya məkanında çox az verilişlərdən idi ki, orada balans qorunurdu. Verilişin müəllifi və aparıcısı Ramal Hüseynov çalışırdı ki, verilişdə hər tərəfin fikrini səsləndirmək imkanı olsun. Əlbəttə, televiziyada ifadə azadlığına qoyulmuş ciddi qadağalar çərçivəsində. Çərçivə məsələsi sizə elə də asan gəlməsin - canlı yayımda bunu etmək o qədər də asan deyil. Xüsusilə də, əgər aparıcı səmimi və obyektivliyə can atandırsa. Əlbəttə, sən Turan İbrahimov və ya İlqar Mikayıloğlu kimi qaraguruhsansa bunu etmək asandır. İstənilən vaxt, qonaq hətta xırda məmuru belə tənqid edirsə, mikrofonu onun əlindən kobudcasına alıb, özünü də söyüb, efirdən qova bilərsən. Amma xoşbəxtlikdən bu məmləkətdə hamı Turan (Samir) İbrahimov, İlqar Mikayıloğlu, Elgiz deyil. Ramal da belə aparıcı ola bilmədi.
Alınmadı.
Bəlkə də özü istəmədi.
Əgər belədirsə, onda biz, cəmiyyət, Ramalın simasında efir, aparıcılıq mədəniyyəti və ən əsası, vətəndaş əxlaqı olan bir insan qazandıq.
Bu, bizim, cəmiyyətin uğurudur.
Bu, öz yerində.
Amma, məsələ başqadır. Görün, vəziyyət nə yerə çatıb ki, artıq bir verilişi qapatmaq üçün hansısa nazir müavini, komitə və ya şirkət rəhbətinin köməkçisinin zəngi kifayət edir.
Amma unutmaq lazım deyil ki, media sözünün bir mənası da araçıdır. “Aradüzəldən” deyil. Media həmişə mübahisə tərəfləri arasında araçı rolunu oynayır, onların öz fikirlərini çatdırmaları üçün tribuna olur. İstənilən sivil müzakirə isə sonda, tərəflər bir-birinə güzəştə getməslər belə, mövqelərin az da olsa yumşalmasıyla nəticələnir. Tərəflər bir-birinin arqumentlərini dinləyir, motivlərini anlamağa çalışırlar. Talk şou tipli verilişlərin mövcudluğunun əsas məqsədlərindən biri də elə budur.
Əgər siz dünən dindarla, sekulyaristi bir verilişdə görüşdürüb, müzakirəsinə şərait yaratmamısınızsa, bu gün haqqının tapdalandığını zənn edən insanların əlində dəyənək polisləri kötəkləməsinə təəccüblənməyin.
Polisin sayına, silahlanmasına da çox böyük ümid bəsləmək yaxşı fikir olmaya bilər. Çünki, o polisin bacısı oğlu, əmisi, kirvəsi heç də həmişə polis olmur. Və sabahı gün onlar barrikadaların müxtəlif tərəflərində olanda heç kim zəmanət verə bilməz ki, qohumluq hissi peşə borcunu üstələməyəcək. Hələ-hələ peşənin özünün də bu qədər bir mənalı olmadığını nəzərə aldığımız təqdirdə...






9 Oktyabr, 2012  17:53 Baxılıb: 1993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner