Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NECƏ YAŞAYIRSAN, MÜƏLLİM?

Müəllimlər günü və yaxud müəllimlərin günü

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Hazırda dünyanın 100-dən çox ölkəsi bu günü qeyd edir. Statistik məlumatlara görə, Azərbaycanda 4529 ümumtəhsil məktəbində təhsil alan 1 milyon 352 min 500 şagirdin təlim-tərbiyəsi ilə 168 min 356 müəllim məşğul olur.

Azərbaycanda müəllim adı hər zaman uca tutulub. Xüsusilə, Sovet dövründə müəllimlər haqqında o qədər yüksək fikirlərdə olurduq ki, hətta onların yemək yeyib-çay içdiklərini belə təsəvvür edə bilmirdik. Bəs bu gün ictimaiyyət müəllim haqqında hansı fikirdədir? Bu peşənin sahiblərinə cəmiyyətdə hörmət qoyulurmu?
Beynəlxalq Müəllimlər Günündə bu və digər suallara cavab tapmaq üçün bir neçə müəllimlə söhbətləşdik.

14 il ibtidai sinif müəlliməsi olmuş Ulduz Kərimli hazırda işsizdir.
Deyir, işləmək istəsə də, müəllim peşəsinin gözdən salınması onu bu həvəsindən daşındırır: «Sinif otağı, şagirdlər, məktəb mühiti üçün çox darıxıram. Azərbaycan müəllimini əsl müəllim səviyyəsində görmək istəyirəm. Sağlam cəmiyyət üçün iki peşə önəmlidir. Həkim və müəllim. Azərbaycanda isə hər iki peşə çox bərbad vəiyyətdədir. Bu peşələrin əvvəlki nüfuzlarının özlərinə qaytarılmasını istəyirəm. Hazırda müəllim adı insanların şüuruna mənfi çalarlar buraxıb».

Ulduz müəllimə bildirir ki, müəllim layiqli əmək haqqı alsa, əməyi dəyərincə qiymətləndirilsə, o da kiminsə cibinə baxmaz: «Müəllimlərin sosial durumunu yaxşılaşdırmaq lazımdır. Evsiz müəllimləri evlə təmin etmək olar. Yaxud, yaşayış səviyyəsi aşağı olan müəllimə maddi yardım etmək lazımdır. Əsas əmək haqqıdır. Əmək haqqı yüksək olsa, sosial durum da yoluna düşər».

Müsahibimiz əlavə edir ki, hər bir valideyn uşağının müəllimi olmalıdır: «Valideynlər uşaqlarının dərsləri ilə gündəlik maraqlansalar repititorlara da ehtiyac qalmaz. Düzdür, bəzi müəllimlər bundan sui-istifadə edirlər. Uşaqlara lazım olan bilikləri çatdırmırlar ki, valideynləri məcbur olub onları əlavə hazırlığa göndərsin.

30 ildir tarix müəllimi işləyən İnqilab Rəsulov son illər dövlətin müəllimlərə qayğısının artıdığını düşünür: «Mən kənd məktəbində işləyirəm. Əmək haqqım normaldır. Stajıma görə, maaşım 400 manata çatır. Ali məktəblərə uşaq da hazırlaşdırıram. Yəni dolanışığım pis deyil. Heç vaxt pul-para dalınca sürünməmişəm. Şagirdlərimin ali məktəbə daxil olmasının mənə verdiyi ləzzəti, həyəcanı başqa heç nədən ala bilmirəm. Müəllimin nüfuzdan düşməsinin başlıca səbəbi elə müəllimin özüdür. Savadı olmur, şəxsi-insani keyfiyyətləri aşağıdır, şagirdlərlə davrana bilmirlər. Özünə hörmət etməyən müəllimə şagirdlər də hörmət etməz».

İ.Rəsulov əlavə edir ki, Azərbaycanda savadlı müəllimə hər zaman ehtiyac olub: «Müəllim adı heç vaxt nüfuzdan düşə bilməz».







5 Oktyabr, 2012  13:55 Baxılıb: 1986 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner