Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«İRANA GETSƏM SAĞALACAM» - ARAŞDIRMA

Həkim Anar Tağıyev: «Orada heç vaxt terapevt nevropatoloq müalicəsi eləmir»

«Daim başım gicələnir, ürəyim bulanırdı. Gün-gündən arıqlayırdım. Azərbaycanda demək olar ki, bütün xəstəxanalara - o cümlədən Neftçilərə, Mərkəzi Xəstəxanaya, Musa Nağıyev adına xəstəxanaya getsəm də dərdimə çarə tapan olmadı».
Bu sözləri 58 yaşlı Rəfiqə Hüseynova deyir. O. bilinməyən xəstəliyi üzündən , çəkisinin cəmi 38 kq olduğu, hətta həkimlərin ölümünə 3 ay qaldığını bildirdiyini, özü ilə birlikdə ailəsinin də gərgin psixoloji vəziyyətə düşdüyünü qeyd edir: «Ümidsiz qaldığımız bir vaxtda qonşumuz da bu cür hallar keçirdiyini, İranda müalicə alıb, sağaldığını dedi. Son ümid yeri olaraq İrana üz tutduq. Burada aparılan müayinə zaman məndə gizli, zəhərli zob xəstəliyi aşkara çıxdı. Bir il ərzində intensiv müalicə olundum. İranlı həkimin yazdığı dərmanları qəbul etdim. Sağlamlığımı, həyatda qalmağımı göydə Allaha, yerdə İran həkimlərinə borcluyam». 


İndi Azərbaycanda demək olar ki, elə bir ailə tapılmaz ki, onun yaxınlarından kimsə səhhəti ilə bağlı İran İslam Respublikasına müraciət etməmiş olsun. Ölkəmizdə müalicə olunmaq bir yana qalsın, müayinə olunmaq da müşkülə çevrilib. Xəstələnib, həkimə üz tutan peşman olur. Bir həkimin etdiyi təyinatı digəri təkzib edir. Birinini yazdığı resepti o birisi cırıb atır. Xəstə çaşqın vəziyyətdə qalır.
İynə, dərmanların uzun siyahısı ilə hər kəs rastlaşıb. Həkimlərin hansısa firma və şirkətlərlə işbirliyi qurması, kimlərdənsə «faiz» alması haqqında bir çox fakt və bilgilər üzə çıxsa da, xəstələnib həkimə üz tutan və dərdinə çarə axtaran adam bütün bunlara göz yumaraq, siyahıdakıların ona lazım olub-olmadığını bilmədiyi halda onları almaq məcburiyyətində qalır.
Bu kimi faktlar ölkəmizdə ümumiyyətlə savadlı həkimlərin olmadığını düşünməyə əsas verməsə də, ictimai fikirdə yaranan inamsızlıq insanları digər ölkələrə üz tutmağa vadar edir.

Digər həmsöhbətimiz Elmar Məmmədovun yaxın qohumu xərçəng xəstəliyindən əziyyət çəkir. Rübabə İsmayılovanın da dərdinin nə olduğu yalnız İranda tapılıb. Bu ölkədə əməliyyat olunduqdan sonra daimi «kimya» qəbul etmək məcburiyyətində qalan Rübabə xanımın yaxınları da xəstənin həyatda qalması üçün İran səhiyyəsinə borclu olduduqlarını deyirlər.
Suma xanımın həyat yoldaşı Zülfüqar bəy isə təəssüf ki, artıq həyatda yoxdur. Xərçəng xəstəliyinə tutulan xəstənin ömrünün son günlərini ağrısız keçirməsi də İran həkimlərinin təyin etdikləri və yalnız İrandan gətirilən dərmanların sayəsində mümkün olub: «Yoldaşım çox əziyyət çəkirdi. Bir il xəstə yatdı. Xəstəliyini bildiyindən bunun psixoloji əzabları ona bəs idi. Digər tərəfdən isə ağrıları nəfəs almağa imkan vermirdi. Demək olar ki, hər gün təcili yardım çağırırdıq. Onların vurduqları ağrıkəsici iynələr isə yalnız qısa müddətdə yoldaşımı sakitləşdirirdi. Nə mən, nə də uşaqlarım onun əzablarına dözə bilmirdik. Özünün təkidi ilə İrana apardıq - «İrana gedim, sağalacam» deyirdi. Doğurdan da İrandan gələndən sonra bir daha güclü sancıları olmadı. Daha hər gün evimizə təcili yardım gələsi olmadı. Yoldaşımın həyatda qalması üçün hər şeyə razı idik. Amma Allahın qisməti belə oldu».

Müxtəlif xəstəliklərin müalicəsi üçün xarici ölkələrə - xüsusən də İrana gedənlərin siyahısını uzatmaq da olar. Amma hər birinin kökündə duran əsas məsələ Azərbaycan səhiyyəsinə inamsızlıqdır ki, bunun da nəticəsində ölkəmizdə küllü miqdarda vəsait digər ölkələrə axaraq, həmin ölkələrin səhiyyəsinin inkişafına yönəlir.

Həkim - nevropotoloq Anar Tağıyev yaranmış vəziyyəti bir neçə amillə əlaqələndirir: «Birinci faktor kimi həkimlərin xəstəyə münasibətini göstərmək olar. İranda xəstəyə dəqiq diaqnoz qoyulur. Onlarda dəqiq diaqnostika sistemi mövcuddur. Məsələn, baş ağrısı üçün bu cür müalicə üsulu var və bu dərmanlar qəbul edilməlidirsə, hansı həkimə müraciət etməyin əhəmiyyəti yoxdur. Hamısı standart, az fərqlənən müalicə üsulunu tətbiq edəcək. Bizdəki kimi xəstəni yönəltmə, ona yanlış diaqnoz qoyub, təşvişə salma halları yoxdur. Digər tərəfdən həkim xəstəni ilk dəfə gördüyü zaman ilkin olaraq onun xəstəliyi ilə maraqlanır, nəinki müalicə haqqını ödəməyə pulunun olub-olmadığı ilə».

Həkimin sözlərinə görə, İranda Amerika müalicə üsulu tətbiq olunduğuna görə, burada xəstəyə cəmi bir neçə dərman təyin etməklə müalicəsinə üstünlük verilir: «Burada bizdəki kimi çeşid-çeşid dərmanlar yazılmır».
A.Tağıyev bir məqamı da vurğulayaraq, Azərbaycanda həkimlərin professional səviyyəsinin aşağı olduğunu qeyd etdi. Onun sözlərinə görə, ölkəmizdə tətbiq olunan 6 illik təhsil sistemi yaxşı səhiyyə işçisi olmaq üçün yetərli deyil: «İranda həkimlər 15 il təhsil alırlar. Onlar o qədər profesionallaşırlar ki, şəxsiyyətlərinə sığışdırıb, əlavə yanlış metodlar tətbiq etmirlər. İranda heç vaxt terepavt nevropotoloq müalicəsi təyin etməz. Bizdə isə hətta ankoloji xəstələrə də, bu xəstəliyə aidiyyatı olmayan qeyri-ixtisas həkimləri «gəl, baxım» deyirlər».
Həkimlə söhbətimiz zamanı üzə çıxan ən acınacaqlı məqam isə Azərbaycana gətirilən pereparatların keyfiyyətsizliyi ilə bağlı oldu: «Mən hansısa dərmanı yazıram, amma onun xəstəyə təsiri olmur. İrandan alınan eyniadlı dərman isə başqa cür effekti verir. Bunun da səbəbi odur ki, Azərbaycandakı «işbazlar» bu sahəyə də əl atırlar. Onlar hətta xarici istehsalçılara da aşağı tərkibli dərmanlar sifariş edirlər».

A.Tağıyev İrana axının həm də bu ölkədə müalicə qiymətlərinin ucuz olması ilə əlaqələndirdi. Qeyd etdi ki, Türkiyə də Azərbaycanın qonşuluğunda yerləşsə də, Avropa qiymətləri mövcud olduğundan bu ölkəyə axın İrana olduğu qədər çox deyil.

Didər mütəxəssislər də İrana axının başlıca səbəbini buradakı peşəkarlıq və qiymətlərlə əlaqələndirirlər. Qeyd olunur ki, İranda qapalı sistem olduğundan və ölkə iqtisadiyyatı dövlət tərəfindən tənzimləndiyindən, dünya bazarındakı qiymətlərin İran səhiyyəsinə aidiyyatı yoxdur.
Xaricə axınını başqa tərəfi isə ölkəmizdə ixtisaslaşmış xəstəxanaların azlığı ilə əlaqələndirilir. Mütəxəsislərin sözlərinə görə, ölkə xəstəxanalarında avadanlıqla təminat yüksək səviyyədə olsa da, ixtisaslaşmanın zəif olması, düzgün mayinə və müalicə aparılmasının qarşısını alır.
Araşdırmamız zamanı o da məlum oldu ki, ölkəmizdə bəzi cərrahi əməliyyatların - xüsusilə orqan transplantasiyalarının aparılmasına qanunvericiliyin yol verməməsi də ağır xəstələrin xaricə üz tutmasına şərait yaradır. Lakin bu, xaricə üz tutanların kiçik bir qismini təşkil edir.
Son zamanlar əhalinin imkanlı təbəqəsi arasında - xüsusilə tanınmış şəxslər arasında belə bir tendensiya da formalaşıb - xəstə olduğunu gizlətmək istəyənlər Bakıda müalicə olunaraq, aləmə səs salmaqdansa, xaricdə heç kimin xəbəri olmadan sağalıb, vətənə qayıtmağa üstünlük verirlər.


Xatirə Nəsirli

 






3 Oktyabr, 2012  15:04 Baxılıb: 7188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner