Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: “Mandarin, çiçəklər, bir azca da ümid…”

.

Müsahibələri çox sevirəm. Müsahibə verməyi də, almağı da. Mənim üçün birində sual verənin, birində isə cavab verənin xisləti, maraqları, dünyası açılır. Amma açığını deyim ki, mənə məmurun, deputatın, dövlət xadiminin müsahibəsindənsə, dünyanın ən sadə, iddiasız adamlarından aldğım müsahibə maraqlı olub və bu gün də elədir.

Küçə musiqiçiləri, küçə alverçiləri, səyyar rəssamlar, bir sözlə, həyatı ilə işini, yaradıcılığını bir yerə, bir araya, eyni vaxta sığışdıra bilən adamlarla söhbət isə mənə görə əvəzi, bərabəri olmayan zövqdür. Həmişə onlarla danışanda mən həyatın şəhərdə, paytaxtda, şəhərin işıqları par-par yanan küçələrində, sərt ailə başçısının dəmir yumruğu ilə idarə olunan dəbdəbəli, süni, müvəqqəti, məcburi qayda-qanunlu yerlərdə, talelərdə deyil, bax, bu adamların mənə danışdıqları hərdən ən sadə, hərdən inanılmaz dərəcədə mürəkkəb hekayətlərdə gizləndəyinin şahidi oluram. Onlarla danışanda gerçəklə, həyatın əsl-bəzəksiz, səliqə-səhmansız, abadlıq işləri aparılmamış üzü ilə tanış oluram. Bir sözlə, dünyanın ən sadə insanlarının mənə sadəlövhcəsinə nağıl elədikləri əsl həyatla üz-üzə gəlirəm.

Ən qəribəsi, kədərlisi isə budur ki, o adamlar mənmlə danışanda, həyat hekayətlərini, tarixçələrini nağıl eləyəndə, heç vaxt mənə necə qiymətli məlumat, nə qədər çox şey verdiklərini bilmirlər. Sadə, təvazökar, məişət çətinlikləri ilə yaşamaq bacarığı kimi müdrik bir həyat fəlsəfəsi ilə paylaşdıqlarını bilmirlər. Nələr öyrətdiklərini bilmirlər...

Bir dəfə yağışa düşdüyü üçün qarşısındakı mandarinləri tezcənə satıb evinə qaçmaq istəyən qadından bütün mandarinlərini almışdım. Həmin gün şəhərdə qarşıma çıxan bütün dost-tanışa, getdiyim tədbirlərdə hamıya mandarin vermişdim. Həmin gün gördüyüm gülüşlərin sayı o mandarinlər qədər idi.

Bəlkə də onları belə yaxşı tanıdığım üçündür ki, əlində nəsə satan adamın yanından laqeyd keçə bilmirəm. Əlində bir çəngə göyərti, bir neçə qutu salfet, bir cığara dolusu meyvə, ovcunda üç limon tutmuş qadınların, küçələrdə tütək, gitara, skripka çalan kişilərin, uşaqların yanından heç nə olmamış kimi keçə bilmirəm. Həmişə içimdə elə bir hiss olur ki, o adamın satdığı şeyi alacaq qədər, küçədə gitara çalan naşı musiqiçinin bu axşamkı bir tikə çörəyini alacaq pulum varsa və mən onun satdığını almıramsa, günah işləmiş oluram.

Çünki əlində nəsə satan, naşı, naqolay bir mahnı səsələndirməklə də olsa, zövqsüz bir tablo təklif etməklə belə olsa, sənə nəsə təklif eləyən adam əslində sadəcə küçə satıcısı deyil. O adam artıq dilənçiliyin bir addımlığında olan, amma hələ ki, bununla barışmayan, bacardığı tərzdə mübarizə aparan adamdır.
O sizdən təkcə onun satdığı corabı, salfeti, çiçəyi, meyvəni almağınızı deyil, həm də öz mübarizəsində iştirak, yəni dilənçi olmamaq üçün şans istəyir. Dilənçi olmamaq, dilənməmək, ləyaqətini itirməmək üçün şans. Hər insanın verə biləcəyi qədər, yəni gücünüz çatan, verə biləcəyiniz qədər şans.

Biz onlara bu şansı versək, onlar insan olacaqlar.
Biz bu şansı onlara verməsək - onlar dilənçi olacaqlar.









24 Sentyabr, 2012  13:51 Baxılıb: 1718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner