Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MAL ÖZGƏNİN, CAN ÖZGƏNİN – ARAŞDIRMA

Ekspertlər elektrik enerjisi və su oğrularına qarşı yeni mübarizə formaları təklif edirlər

Özülü yeni qoyulmuş binalarda benzin və ya dizellə işləyən texnika ilə yanaşı, elektrik enerjisi ilə idarə olunan avadanlıqlardan da geniş istifadə olunur. Elktrik çəkici, qaldırıcı qurğular, deşici və yonucu alətlərin əksəriyyətini elektrik enerjisi hərəkətə gətirir. Amma bu zaman istifadə olunan enerji hər hansı sayğacda hesablanmır. Bakı şəhərində belə hallarla hər an rastlaşmaq mümkündür. Tikilməkdə olan binaların əksəriyyətində elektrik xətlərinin çəkilişi özbaşına və ya hansısa maraqların təmin olunmasının qarşılığında qanunsuz aparılır. Bu, elektrik enerjisinin oğurlanması ilə bağlı faktlardan sadəcə biridir. Siyahını uzatmaq olar. 

Öndəyik

Qeyd edək ki, Azərbaycan Avropa və MDB məkanınıda elektrik enerjisindən ən cox israfadə edən ölkələr sırasına daxildi. Rəsmi məlumatlara görə, bir ildə ölkədə istehsal olunan elektrik enerjisinin 20 faizi itkiyə məruz qalır. Bu təxminən 180 milyon manatlıq ziyan deməkdir.
Ziyanın müəyyən payı məhz tikinti şirkətlərinin ayağına yazılmalıdır.
İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, elektrik enerjisindən istifadə zamanı mənimsəmələrə yol verilir: «Bu o demək deyil ki, enerjinin istifadəsinə nəzarət yoxdur. Şəhərin mərkəzi hissələrində və nisbətən kənarında tikilməkdə olan binaların elektrik xətlərinə özbaşına qoşulmaları praktiki cəhətdən mümkün deyil. Mənim əlimdə dəqiq fakt yoxdur. Amma mümkündür ki, tikinti şirkətləri «Bakıelektrikşəbəkə»nin yerli filiallarının nümayəndələrilə sövdələşmə aparsınlar. Qanunsuz qoşulmalar təkcə göydələnlərin tikintisi zamanı baş vermir. Yerüstü elektrik xətlərinin keçdiyi ərazilərdə qanunsuz qoşulmalar daha geniş hal alıb. İtkilərin kökündə təkcə heç də xətlərə qanunsuz qoşulmalar durmur. Burada enerji haqlarının mənimsənilməsi, istehlakçıların dəqiq uçotunun aparılmaması kimi məsələlər başlıca rol oynayır».

“Təlabatdan artıq enerji” – hanı?

Ekspert hesab edir ki, Azərbaycanda tələbdən çox elektrik enerjisinin istehsal olunmasına baxmayaraq, vətəndaşın işıqsız qalması və ya işıq xətlərinə qeyri-qanuni qoşulmaların olması başadüşülən deyil: «Azərbaycanın enerjiyə olan tələbatı 4500 meqavatt, potensialı isə 6400 meqavattdan çoxdur. Hələ də ölkədə SES-lər və İES-lər tikilir. Proqnozlaşdırılır ki, yaxın gələcəkdə ölkənin enerji potensialı 9000 meqavatta çatdırılacaq. Hələ mən nativ enerji mənbələrinin yaradılması ilə bağlı dövlət büdcəsindən ayrılan milyonları bura əlavə etmirəm.
Bütün bunlarla yanaşı aidiyyəti qurumlar Bakı şəhərində şəbəkənin həddindənt artıq yüklənməsindən danışırlar. Yüklənmənin normadan artıq olmasının kökündə həm də xətlərə qeyri-qanuni qoşulmalar da durur. Çünki şəhərə elektrik enerjisi qeydiyyatda olan istehlakçıların sayına uyğun paylaşdırılır. Qeydiyyatdan kənar qoşulmalar olanda bu zaman gərginliyin yaranması təbiidir. Qış aylarında Azərbaycanda elektrik enerjisindən həmçinin qızdırıcı vasitələr üçün istifadə olunur ki, bu da gərginliyi artıran səbəblərdən biridir.

Oğurlanan sular və mənimsənilən su pulu

Təkcə elektrik xətlərinə deyil, qaz və su xətlərinə də qanunsz qoşulmalar mövcuddu. Aparılan müşahidələr göstərir ki, əgər elektrik xətlərinə qanunsuz qoşulmalar tikinti işləri aparılan ərazilərdə, kəndlərdə baş verirsə, su xətlərindən özbaşına istifadəyə yeni tikilən binalarla yanaşı, şadlıq evləri və restoranlarda, hamam, çamaşırxana, avtoyuma və beton istehsalı məntəqələrində rast gəlinir.
«Azərsu» Səhmdar Cəmiyyətindən verilən məlumatlara görə, bu ilin may ayında paytaxtın müxtəlif rayonlarında keçirilən reydlərdə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 200-dən çox fakt aşkarlanıb. Bunlardan 150-si sayğaca müdaxilə halı, 70-i isə qeyri-qanuni yolla sudan əlavə xətt çəkməklə istifadədir.
Sudan qanunsuz istifadə avtoyuma (moyka) məntəqələrində daha kütləvi hal alıb. Bakı şəhərindəki avtoyuma məntənqələrinin böyük əksəriyyəti su sayğacı olmadan fəaliyyət göstərir. Halbu ki, həmin məntəqədə gün ərzində sərf olunan suyun həcmi çoxmənzilli binada istifadə olunan sudan daha böyükdür. Müşahidələr göstərir ki, avtoyuma məntəqələrinə çəkilmiş su xətləri 32 mm diametrlidir. Normalda içməli su xəttinin diametri 15 mm olmalıdır.

Qaraçuxurda maşın yumağa su tapılır, içməyə yox

Suraxanı rayonu, Qarçuxur qəsəbəsi Vüqar Əhmədov küçəsindəki binalarda yaşayan Zöhra Gərayeva mətubuata ünvanladığı şikyayətində bildirib ki, binaların yuxarı mərtəbələrinə su gəlmədiyi halda, həyətdə fəaliyyət göstərən avtoyuma məntəqəsi 24 saat fəaliyyət göstərir. Özü də sayğacsız. Dəfələrlə «Azərsu»ya və rayon su idarəsinə müraciət etdiklərini deyən Z.Gərayeva qeyd edir ki, su kəmərinə qeyri-qanuni qoşulan olmasa, bəlkə də binanın yuxarı mərtəbələrinə su qalxar: «Yay vaxtı vəziyyət daha dözülməz olur. Su mağazadan pulla alırıq, qab-qacaqları düşüb həyətdə yuyuruq, evləri vaxtı-vaxtında təmizləyə bilmirik, natəmizlik baş alıb-gedir.
Qaraçuxur su idarəsindən bildirildi ki, qəsəbəyə su fasilələrlə, bəzən də zəif təzyiqlə verilir: «Moykalara su asanlıqla gedir. Həm də onlar nasosla işləyirlər. Əlbətdə ki, moykalar suyun təzyiqini daha da zəiflədirlər. Amma biz onlara deyə bilmərik ki, sudan istifadə etməsinlər».
Su idarəsindən avtoyuma məntəqələrinin sayğacsız fəaliyyət göstərmələri barədə deyilənləri təkzib etdilər: «Bu mümkün deyil. Qeyd etdiyiniz küçədə bir neçə moyka fəaliyyət göstərir. Onların sayğacsız fəaliyyət göstərmələri barədə deyilənlər tərəfimizdən araşdırılacaq».
Azərbaycan Su İstehsalçıları Birliyinin (ASİB) sədri Dövlət Məmmədovun sözlərinə görə, yanacaqdoldurma məntəqələrinin tərkibində və ya müstəqil fəaliyyət göstərən avtoyuma məntəqələrinin əksəriyyətində su sayğacı yoxdursa, bunun məsuliyyətini həm də su idarələri daşıyır. Təəssüflər olsun ki, bu gün içməli suyun dəqiq uçotunu aparmaq mümkün olmayıb. Qanunsuz tikilən evlər, özbaşına zəbt edilən torpaqlarda istifadə olunan suların qeydiyyatı aparılmır və haqqı yığılmır. Bakıətrafı kənd və qəsəbələrdə vəziyyət daha dözülməzdir. Villaların əksəriyyətində su sayğacı yoxdu. Villa sahibləri su pulunu dədə-baba qaydasında - sənədsiz ödəyirlər. Son 10 ildə Bakının icməli su təchizatına boyuk pul, iki milyard manata yaxın vəsait ayrılıb. Belə təqdirdə hansəsa qəsəbənin su xəttində problem oldugu deyilirsə, burada hansısa qaranlıq məqamların olduğu açıq görünür”.

«Azərsu» 3 yerə parçalanmalıdı

Ekspertlər bildirirlər ki, rəsmilər Bakı şəhərinə verilən suyun təxminən 20 faizinin itkiyə məruz qalmasının səbəbi kimi xətlərin köhnəlməsi göstərirlər. Bu arqument o qədər də inandırıcı deyil. Çünki su xətlərinin təmirilə bağlı son 10 ildə beynəlxalq maliyyə qurumları və dövlət büdcəsi tərəfindən 2 milyard dollardan artıq vəsait ayrılıb. Bu pulla su xətlərini tam təmir etmək mümkün idi.
Təklif olunur ki, su, işıq və təbii qazın verilişində nöqsanları aradan qaldırmaq üçün idarəetmə qurumlarının strukturunda ciddi dəyişiklik aparılsın. Məsələn, götürək “Azərsu” ASC-ni. Xarici ölkələrdə suyun istehsalı, alınması, paylanması və istifadə olunan su pullarının yuyulması ilə ayrı-ayrı qurumlar məşğul olur. Bu nə üçün lazımdır? Ən azı qurumlar bir-birilərinə nəzarət və itkilərin izahatını tələb edəcəklər. İndiki halda isə “Azərsu” ASC su bazarında monopolist kimi çıxış edir. Suyun istehsalına, saxlanılmasına, paylanmasına və su pulunun yığılmasına eyni qurum nəzarət edirsə, bu zaman neqativ hallara qarşı mübarizə aşağı səviyyədə olur. Dünya təcrübəsi bunu sübut edir. Su hasilatı, paylaşdırma və su haqlarının yığılması maliyyə məsələlərində şəffaflıq yaratmaqla yanaşı, xidmətin keyfiyyətini də yüksəldər. Həmçinin bu zaman xətlərə qeyri-qanuni qoşulmaların da qarşısı alınar.

Ruslan XƏLİL








19 Sentyabr, 2012  14:51 Baxılıb: 1694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner