Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KÖHNƏ AVTOVAĞZAL ÜÇ İLDİR HAVADADI – ARAŞDIRMA

Dövlət qurumları “ya bundadı, ya bunda” deyirlər... 

Nəsimi rayon ərazində yerləşən, “20 yanvar” metrostansiyasının yaxınlığında Köhnə Avtovağzal adlanan ərazi sahibsiz qalıb. 2009-cu ilin fevral ayında Yeni Avtovağzal kompleksinin işə düşməsi ilə bağlı olaraq fəaliyyətini dayandıran Köhnə Avtovağzalın üç ildir ki, yiyəsi tapılmır. Mətbuatda ərazinin taleyi barədə bir neçə dəfə yazılar yazılsa da, heç bir dövlət qurumu müfəssəl açıqlama verməyib. 5 hektara yaxın sahəsi olan ərazi çirkab içindədir, sahibsiz itlər burada geçələyir. Bir sözlə, ərazi Bakının görünüşünə xələl gətirir. Mətbuatda ərazidən müxtəlif məqsədlər üçün (ticarət mərkəzi, avtopark, yaşayış mərkəzi, park və s) istifadə olunacağına dair məlumatlar dərc edilsə də, məlumatlardan heç biri bu günə qədər öz təsdiqini tapmayıb.

Simsar.az ərazinin kimə məxsus olduğunu bir daha araşdırıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Simsar.az-a açıqlamasında əvvəlki fikirləri təkrarlayıb. Qeyd edib ki, köhnə avtovağzalın ərazisi Nəqliyyat Nazirliyinin balansında deyil. Ərazi 2009-cu ilin fevral ayında Bakı Şəhər İcra Hakimiyyətinə verilib: “Biz təzə avtovağzala köçəndə oranı hökumətə təhvil verdik. Bizim orada heç bir qurumumuz qalmayıb. Fəaliyyətimiz bütünlüklə yeni avtovağzaldadı”.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nüranə Mərdanova Simsar.az-a açıqlamasında qeyd edib ki, Köhnə Avtovağzalın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi barədə məlumatlar doğru deyil: “Əgər belə olsaydı, ortada təhvil-təslim sənədi olardı. Yaxşı olardı ki, siz ərazinin yerləşdiyi Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayasız”.

Nəsimi rayon İcra Hakimiyyəti ümumi şöbənin müdiri Nazim Quliyev Simsar.az-a deyib ki, ərazinin kimə məxsus olduğunu onlar da bilmir: “Ora Nəqliyyat Nazirliyinin idi. İndi bilmirəm kimə məxsusdur. Yəqin ki, Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Əgər Komitəyə verilibsə ərazi hərraca çıxarılmalıdır”.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Simsar.az-a açıqlamasında Köhnə Avtovağzalın ərazisinin Dövlət Komitəsinin balansında olmadığını dedi: “Ümumiyyətlə, biz avtovağzalın köçürülmə prosesində iştirak etməmişik”.




RUSLAN






18 Sentyabr, 2012  15:33 Baxılıb: 2916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner