Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UŞAQLARIN AĞIR DƏRS YÜKÜ VƏ YAXUD “KURİKULUM OYUNBAZLIĞI”

“...uşağın beyni yorulur, yaşına uyğun olmadığından qavramaqda çətinlik çəkir”.

Hazırda orta məktəb dərsliklərindən narazı olan kifayət qədər valideyn var. Nərmin Səmədli də həmin valideynlərin cərgəsindədir. Onun oğlu Cəlaləddin 2-ci sinifdə təhsil alır. Bəzi valideynlər indidən repititora müraciət etsə də, oğlunun dərslərinə onun özü köməklik göstərir. Dərslərdən və dərs proqramlarından narazı olan valideyn deyir ki, uşaqlara verilən tapşırıqlar onların yaşlarına uyğun deyil: “Dərs proqram ağırdı. Uşaqlar çətinlik çəkir. Mənim oğlum Cəlaləddin 2-ci sinifdə oxuyur, amma dərsliklərinə, tapşırıqlarına baxanda düşünürəm ki, bu, 3-4-cü sinfin materialıdır”. Nərmin Səmədli vurğulayır ki, o, oğlunun 2-ci sinifdə keçdiyi dərsləri 3-4-cü sinifdə oxuyanda keçib: “Biz vurma cədvəlini 3-4-cü sinifdə öyrənmişik, amma indi 1-2-ci sinfidən başlayaraq uşaqlardan vurma cədvəlini bilməyi tələb edirlər. Məncə, sütunla toplama və çıxma əməllərini, destimetr və s. bu tipli riyazi mövzuları uşaqlara 1-ci sinifdə keçmək düzgün deyil. Çünki uşağın beyni yorulur, yaşına uyğun olmadığından qavramaqda çətinlik çəkir”.
Həmsöhbətimiz hesab edir ki, Avropasayağı təhsil barədə sadəcə danışılır, düzgün tətbiq edilmir: “Avropada təhsil tamamilə başqadır. Adicə türk liseylərində uşaqlar həm sinif tapşırıqlarını, həm də ev tapşırıqlarını həll etdikdən sorna evə gəlirlər. Uşaq dərsdən gələndə sabaha tam hazır olur”.

“Kurikulum oyunbazlığı...”

Təhsil eksperti Əlövsət Osmanlı bu problemin səbəbini dərs proqramlarına savadsızcasına əlavə edilmiş materiallarda görür: “Son 4-5 ildə Azərbaycan təhslinin məzmun sahəsi dəyişdirilib. Səbəb də savadsızcasına daxil edilən materiallardır. Buna görə də dərslərdə, dərs proqramlarında ağırlıq yaranır. Ən çox çətinlik törədən amillərdən biri də Kurikulum oyunbazlığıdır ki, bu, təhsildə dağılmalara səbəb olur. Üstəlik Kurikulum dərsliklərini tərtib edənlərin Kurikulumun mahiyyətini bilməməsi həm şagirdlərə, həm də müəllimlərə çətinlik yaradır. İlbəil kurikulum tətbiq edərək təhsili dağıdırlar”.
Ekspert bu problemin meydana çıxmasında təhsil nazirini təqsirkar hesab edir. Onun fikrincə dərsliklərin seçimi ilə məşğul olan dərslik şöbəsi obyektiv seçim aparmır: “Bu gün dərslikləri təhsil naziri, qondarma dərslik şurası yazırsa, onda o dərsliklərdən nə ummaq olar? Dərsliyi seçənlər özləri dərslik yazır. Dünya təcrübəsində belə hal yoxdur ki, təhsil naziri dərslik yazsın. Nə qədər ki dərslik Misir Mərdanovun nəzarətindədir, onda vəziyyət günü-gündən pisləşəcək”.

Dünya təcrübəsi necədir?



Əlövsət Osmanlı onu da qeyd etdi ki, yaxşı dərsliyin seçilməsi üçün kifayət qədər nativ olmalıdır. Bu, dünya təcrübəsində də belədir: “Dərsliklərin seçimində yaxşını ancaq onda əldə etmək olar ki, Аlternativlər olsun. Məsələn Gürcüstanda birinci sinif üçün 5-6 dərslik var. Bizdə isə deyirlər ki, Nahidə Bəhramovanın dərsliyidir, bundan başqa heç bir dərslik ola bilməz, ona görə də təhsilimiz bu gündədir. Gürcüstanla yanaşı Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir”. 
Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri, eyni zamanda, dərsliklərin çapı və nəşri üzrə tender komissiyasını sədri Faiq Şahbazlı isə düşünür ki, valideynlərin dərslərin ağırlığından narazılığı təhsildəki yeniliklərlə bağlıdır. Onun fikrincə, Kurikulum üsulunun yeni tətbiq olunmağa başlaması buna bələd olmayan valideynlərin işini çətinləşdirir: “Mən bütün valideynlərin fikrinə hörmətlə yanaşıram. Onlar uşaqlara dərslərində yardım edirlər, amma onu da qeyd etməliyəm ki, biz yeni, kurikulum üsulunu tətbiq etməyə başlamışıq ki, bu da bəzi valideynlərə çətinlik törədir”.

“Bunlar boş söhbətlərdir, cəmiyyətə ziyandır”

F. Şahbazlı vurğulayır ki, Kurikulum üsulunun tədrisi ilə bağlı 40 min müəllimə 10 günlük kurslar keçirilib. Dərsliklərin keyfiyyətinə gəldikdə isə komissiya sədri bildirdi ki, dərsliklərin seçimi asan başa gəlmir. Seçim zamanı dərsliyin uşağın yaşına, onu qavramasına uyğunluöğu yoxlanılır, eyni zamanda psixoloji meyarlar da nəzərə alınır və bundan sonra təsdiqlənir: “Dərsliklərin qiymətləndirilməsi sadə şəkildə baş vermir, bir slra meyarlara görə qiymətləndirmə ilə yanaşı, müəllimlər də ekspert kimi dəvət olunur və bundan sonra təsdiqlənir. Hansı ekspert düşünürsə ki, dərsliklərdə çətinliklər var, bunlar boş söhbətlərdir, cəmiyyətə ziyandır”.


Fatimə Kərimli






12 Sentyabr, 2012  18:07 Baxılıb: 4114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner