Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TERRORLA MÜBARİZƏ GÜNÜNDƏ ERMƏNİ TERRORUNA BAXIŞ - ARAŞDIRMA


Bu gün 3 minəcən insanın ölümü ilə nəticələnən ABŞ Ticarət Mərkəzinin qoşa qüllələrinin Əl-Qaidə teror təşkilatı tərədindən vurulmasının 11-ci ildönümüdür


ABŞ-da baş verən bu hadisə terrorla mübarizəni dünya ölkələrinin başlıca mövzusuna çevirdi. Terror hadisəsinin ildönümündə Simsar.az saytı olaraq, xususilə olkəmiz üçün önəmli bir problemə - erməni terroruna yenidən nəzər salmaq qərarına gəldik.  

Tarixi araşdırmalara görə, erməni terrorunun tarixi ötən əsrin əvvəllərindən başlanır.
Təkcə 1903-1906-cı illərdə ermənilər 105 qətl həyata keçirib.
Çar qoşunlarının Qafqazdakı komandanı Qolitsinə qarşı sui-qəsd II Nikolayın erməni kilsəsinin əmlakının müsadirə olunması və erməni məktəbinin bağlanması əmrindən sonra planlaşdırılır. «Hnçak» erməni terror təşkilatının üzvləri Qolitsini qılıncla başından vururlar. Amma terror dalğasının vaxtında boğulmaması erməni terror təşkilatlarının fəaliyyətini genişləndirir.

1887-ci ildən başlayaraq erməni terrorizmi təşkilatlanır. Bu terorizm təkcə türklərə qarşı yönəlmir. 1979-cu ildə «ASALA» Fransada yaşayan ermənilərə repressiv munasibətə son qoyulması çağırışı ilə İtaliyada Fransa aviakompaniyasının qarşısında partlayış törədir.
1980-ci ildə İtaliyada daha bir partlayış olur. «ASALA» «Suis Eyr» və «Lüfthanza» kompaniyalarının qarşısında törədilən partlayışla İsveç və Almaniya hökumətinə erməniləri həbsə aldığına görə xəbərdarlıq etdiyini açıqlayır.
1983-cü il iyulun 15-də «ASALA»-nın Fransa bölməsinin rəhbəri Varocan Karapetyan tərəfindən Parisin «Orli» hava limanında bomba partlaması nəticəsində 8 nəfər ölür. Onlardan 4-ü fransız, 1-i türk, 1-i amerikalı, 1-i isə isveçli olur. Partlayışda 60 nəfər isə xəsarət alır.
Ömürlük həbs cəzası alan Karapetyanı Fransa hökuməti 2001-ci ildə azadlığa buraxaraq Ermənistana deportasiya edir. Bu partlayışın daha bir icraçısı «Qara sentyabr» terror qrupunun rəhbəri Akop Akopyan isə 1972-ci ildə Münhendə Olimpiya oyunları zamanı İsraildən olan idmançılara qarşı terror həyata keçirir.
«ASALA» və digər erməni terror təşkilatları 1979-1984-cü illərdə dünyanın ayrı-ayrı ölkələrində 42 türk diplomatını qətlə yetirirlər.

1977-ci il yanvarında Moskva metrosunun «İzmayılov» və «1 may» stansiyaları arasında partlayış olur. 7 nəfər ölür, 40 nəfər yaralanır. Həmin gün Moskva metrosunda daha 2 partlayış baş verir. Partlayışda təqsirlənən Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan Yerevanda saxlanılır. Stepan Zatikyan erməni dilininin dövlət statusu almasını və Ermənistanın SSRİ-nin tərkibindən çıxması tələbini irəli sürən millətçi idi. Hər 3 nəfər məhkəmənin qərarı ilə güllələnır.

Erməni terror təşkilatları bir sıra beynəlxalq terror təşkilatları ilə sıx əməkdaşlıqdadır. 1980-ci il aprelin 6-da PKK ilə əməkdaşlığa dair saziş imzalayan «ASALA» «Əl-Qaida», «Hizbullah»la da birgə fəaliyyət göstərir.

1991- 1994-cü illərdə erməni terrorçuları Şimali Qafqaz, o cümlədən Çeçenistan ərazisində terror aktları həyata keçirir.

1991-ci ilin mayında Xasavyurdda «Moskva-Bakı» qatarında partlayış törədilir, 11 nəfər ölür, 22 nəfər yaralanır. Bundan sonra Dağıstanda 16 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən «Moskva-Bakı» qatarı, təxminən iki il sonra isə Çeçenistanda «Kislovodsk-Bakı» qatarı partladılır. 11 nəfər ölür, 18 nəfər yaranalır.

Erməni terrorunun mərkəzində Azərbaycana yönəlmiş ərazi iddiaları və erməni millətçiliyi durur. Bu ölkənin xüsusi xidmət orqanları ölkəmizdə mütəmadi olaraq terror aktları törədib, nəticədə minlərlə insan həlak olub.

2 iyun 1993-cü ildə Bakıda dəmiryolu vağzalının ehtiyat yollarında sərnişin vaqonu partladılır. Rusiya vətəndaşı İqor Xatkovski həbs olunur. Onun Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyini, terrorçuluq məqsədilə Azərbaycana göndərildiyi məlum olur.

Bu hadisədən sonra 1991-94-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarının Xatkovski və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat şöbəsinin rəisi Can Ohanesyan, onun müavini Aşot Qaloyan və Rusiya Federal Əks-Kəşfiyyat Xidmətinin əməkdaşı Boris Simonyanın daxil olduğu qrup tərəfindən partladılması sübuta yetirilir.

19 mart 1994-cü ildə Ermənistanda xüsusi hazırlıq keçmiş «Sadval» təşkilatının üzvləri Bakı metrosunun «20 Yanvar» stansiyasında partlayış törədir. 14 nəfər həlak olur, 49 nəfər yaralanır. Daha bir qatar partlayışı 1994-cü ilin iyulun 3-də «28 May» və «Gənclik» stansiyaları arasında olur. Bu partlayışı Ermənistan xüsusi xidmət orqanlarının təlimatı əsasında Azər Aslanov tərəfindən həyata keçirilir. Onun anası Ermənistanda girov saxlanılır, yalnız terror hadisəsindən sonra azadlığa buraxılır.

Həmin ilin aprelində Dağıstanın «Daqestanskiye Oqni» stansiyasında Moskva-Bakı sərnişin qatarında daha bir partlayış olur. 6 nəfər ölür, 3 nəfər yaralanır. 1990-cı ilin avqustunda Tbilisi-Ağdam avtobusu partladılır. 20 nəfər ölür, 30 nəfər yaralanır. Həmin gün «Şəmkir-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığanda daha bir avtobus partladılır. Nəticədə 17 nəfər həlak olur, 16 nəfər yaralanır.

1991-ci ilin 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında «Mİ-8» vertolyotu atəşə tutulur. Vertolyotdakı 19 nəfər-Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər həlak olur.

1992-ci ildə Türkmənistandan «Kransnovodsk-Bakı» marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olur, 88 nəfər yaralanır. 1994-cü ildə ermənilər Xankəndində diplomatların və onların ailə üzvlərinn olduğu İran hərbi hava qüvvələrinə məxsus «Herkules» təyyarəsini atəşə tutur, 34 nəfər ölür.

Erməni terroru Ermənistana humanitar yardım aparan azərbaycanlıları da hədəf seçir. 1988-ci il dekabrın 11-də Spitakdakı zəlzələdə zərərçəkənlərə yardıma gedən Azərbaycan təyyarəsi erməni dispetçirinin eniş üçün səhv aviaistiqamət verməsi nəticəsinda qəsdən qəzaya uğradılır. Təyyarədə bütün heyət həlak olur, tək bir nəfər sağ qalır.

Bütün bu tarixi faktlara baxmayaraq, erməni terrorizmi ilk dəfə termin kimi ABŞ Dövlət Departamentinin aylıq bülletenində yalnız 1982-ci ildə qeyd olunub.
Son günlərdə Ramil Səfərovun Macarıstan hökuməti tərəfindən Azərbaycana ekstradisiya edilməsi və əfv olunması ilə əlaqədar erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər.

Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilir.

XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi nədənsə erməni terroru təhlükəsinə daha ciddi yanaşmır, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanma ehtimalına nədənsə biganə yanaşır.


Simsar.az






11 Sentyabr, 2012  18:30 Baxılıb: 1878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner