Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAKININ HƏLLİNİ TAPMAYAN ZİBİLLİK PROBLEMİ

«Bura zibil atanın…» 

Bakının az qala brendinə çevrilmiş bu söyüş şəhərimizin zibillə bağlı vəziyyəti barədə insanlarda müəyyən təəssüratlar yaradır. Şəhərə səhər tezdən çıxanlar bu mənzərə ilə yaxşı tanışdılar. Zibil qutuları aşıb-daşır, ətraf üfunət içərisindədir. İşə tələsən şəhər sakinləri əllərindəki torbanı bir neçə metr kənardan qutuya tərəf tullayır. Bəzən zibili kiminsə qapısının ağzına atıb aranı cıranlara da rast gəlirik. Bu kimi naqis hərəkətlərin sayəsində söyüş folklorumuz ildən-ilə zənginləşir.

Şablon səslənsə də deməliyik ki, zibillik mədəniyyətdir. Ölkə haqqında təəssürat onun hava limanında, dəmir yolu, avtobus vağzallarındakı tualetlərin və şəhərdəki zibilxanaların vəziyyəti əsasında formalaşır. Əcnəbilərdə Bakı barədə hansı təəssüratların olduğunu deyə bilməsək də, hər halda mövcud zibilliklər o qədər də müsbət imic formalaşdırmır.

Bakının zibillik problemini həll etmək üçün 2009-cu ildən başlayaraq Yaponiyanın aidiyyəti şirkəti ilə hökumət qurumları arasında danışıqlar aparılır. Yaponiya şirkəti Balaxanıda cəmləşən zibillikdə zavod açıb, enerji istehsal edəcəkdi. Hələ ki, bu layihə gerçəkləşməyib. Zibilin son istifadəsi problemin bəlkə də ən axırıncı mərhələsidir.
Ekspertlər hesab edirlər ki, Bakının zibillik probleminin həlli üçün ilk növbədə insanların zibillərlə davranışı düzəlməlidir.

Bunu nəzərə alan Milli Məclis məişət tullantılarını nəzərdə tutulmuş yerlərdən kənara atılması və saxlanılmasına görə cərimələr tətbiq edilməsini təklif edib. Dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atan fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunurlar.

Qanun həmçinin lazımi yerlərdə zibil qutularının qoyulmasını da nəzərdə tutub. Belə ki, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunurlar.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, Bakının zibillik probleminin kökündə vətəndaşların mədəniyyət məsələsi durur: «Xarici ölkələrdə ciddi zibillik mədəniyyəti formalaşıb. Hökumət bu istiqamətdə bir sıra maarifləndirici tədbirlər aparıb. Vətəndaşlara üç rəngdə torbalar verilir. Ərzaq, bərk və kimyəvi xarakterli tullantılar uyğun torbalara yığılır. Həmin torbalar ayrı-ayrılıqda müvafiq zavodlara daşınır və təyinatları üzrə istifadə edilir. Bizdə isə ən elementar qaydalara belə riayət olunmur. Zibil qutuları əhalinin sıxlığı nəzərə alınmaqla 100-200 metr məsafədən bir qoyulmalıdır. Bu məsafə həddindən artıq uzun olanda vətəndaş əlindəki torbanı hara gəldi tullayır. Ən yaxşı halda isə zibillər qutulardan aşıb-daşır».

Ekspert hesab edir ki, bəzən zibillər günlərlə daşınmır. Bu da infeksion xəstəliklərin yayılmasına səbəb olur.










11 Sentyabr, 2012  16:17 Baxılıb: 4321 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner