Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RAMİL SƏFƏROVUN AZAD OLUNMASI SEÇKİLƏRƏ NECƏ TƏSİR GÖSTƏRƏCƏK?

Aydın Mirzəzadə: «Ramil Səfərovun azadlığa buraxılmasının prezident seçkilərilə birbaşa əlaqəsi yoxdur»

Rufiz Qonaqov: «Bu, hakim partiyanın namizədinin nüfuzuna müsbət təsir göstərəcək»


Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və dərhal prezident tərəfindən əfv olunaraq azadlığa buraxılması ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə təqdir olunmaqdadır. Sıravi vətəndaşlar bu olaya təxminən oxşar reaksiya verirlər. «Prezident İlham Əliyevə halal olsun», «hakimiyyət günahlarını yudu» kimi münasibətlərə tez-tez rast gəlmək olur.

8 illik məhbəs həyatından sonra, çox çətin stiuasiyada zabitimizin ölkəmizə gətirilməsi və gözlənilən xarici təpkilərə baxmayaraq dərhal azadlığa buraxılması böyük siyasi risk tələb edirdi. Sərt reaksiyalar özünü çox gözlətmədi. Ermənistan siyasi elitasının təcili fövqəladə iclasının çağırılması, Macarsıtanla diplomatik əlaqələrin kəsilməsi, ABŞ prezidenti Bark Obamanın «narahatlıq»ı və bəzi xarici təşkilatların, yerli və əcnəbi politoloqların, siyasi mütəxəssislərin açıqlamaları, qiymətləndirmələri prosesin nə dərəcədə ağır olmasından xəbər verir. Zabitimizin azadlığa buraxılmasına milyonlarla sevinənlərlə yanaşı, özünü «beynəlxalq səviyyəli hüquq müdafiəçisi» kimi təqdim edərək qarayaxanlar da az deyil. İşğalçı Ermənistan ictimaiyyətinin narahatlığını burada təkrarlayan, davam etdirən çoxbilmiş «ekspertlər» hesab edirlər ki, R.Səfərov ekstradisiya olunandan sonra ən azından Azərbaycanda müəyyən müddət məhbəsdə qalmalı, müəyyən dövr keçdikdən sonra əfv olunmalı idi. Əlbətdə ki, bu cür düşünənlərin ənənəvi siyasi kursları, dövlətə, hakimiyyətə münasibətləri bəllidir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və digər rəsmilər zabitimizin ekstradisiyasının əvvəldən-axıra qədər prezidentin nəzarətində olduğunu açıqlayıblar. Ölkə başçısını Macarıstanda ömürlük azadlıqdan məhrum edilmiş zabiti Azərbaycanda bir saat belə məhbəs həyatı yaşatmadan azad etməsinin nə dərəcədə cəsarətli addım olduğunu təkrar söyləməyə ehtiyac yoxdu.

Bu arada siyasi ekspertləri əsasən bir məsələ düşündürür.
Ramil Səfərovun azadlığa buraxılması 2013-cü il prezident seçkilərinə necə təsir göstərəcək?

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ramil Səfərovun azadlığa buraxılmasının prezident seçkilərilə birbaşa əlaqəsi yoxdur: «Ölkə başçısı öz səlahiyyətlərindən, ölkə konstitusiyasının verdiyi imkanlardan yararlanaraq lazım olan addımı atıb. Bu həm də cənab prezident İlham Əliyevin 2003-cü il prezident seçkilərində qalib gələrkən səsləndirdiyi «mən hər bir azərbaycanlının prezidentiyəm» fikirlərinə nə dərəcədə sadiq qaldığını göstərir. Əlbətdə ki, Ramil Səfərovun ekstradisiya olunması və azadlığa buraxılması bir başa cənab prezidentin fəaliyyətinin nəticəsdir. Bunun prezident seçkilərinə təsirlərinə gəlincə isə bildirim ki, seçkilərdə cənab prezidentin nüfuzunu, reytinqini konkret bir-iki hadisə deyil, onun 9 illik fəaliyyəti dövrüyndəki uğurları müəyyənləşdirir».

Beynəlxalq Münasibətləri Araşdırma Mərkəzinin rəhbəri Rufiz Qonaqov hesab edir ki, R.Səfərovun azad olunması ümummilli məsələ idi: «Bu böyük zəhmət, risk tələb edən iş idi. Və Azərbaycan dövləti bunun öhdəsindən gələ bildi. Həm Macarıstan hökuməti, həm də digər beynəlxalq təşkilatlarlar, xarici ictimaiyyət zabitimizin azadlığa buraxılmasından narahatlığını ifadə ediblər. Azərbaycan prezidenti ümumxalq, ümummili maraqları, yerli və xarici qanunvericiliyin tələblərini üstün tutaraq Ramil Səfərovu əfv etdi. Bütün ölkə ictimaiyyəti, vətəndaş cəmiyyəti bu məsələdə prezidenti birmənalı olaraq dəstəkləyir. İlham Əliyev bu addımı atmaqla göstərdi ki, onun üçün vacib olan şəxsi məsələlər yox, ümummili maraqlardı. Cənab prezident Azərbaycanın simvollarından biri olan bayrağı təhqir etmiş birisini qətlə yetirdiyi üçün zabitimizin uzun müddətli həbsdə qalmasına razı ola bilməzdi».
Ekspert hesab edir ki, R.Səfərovun azadlığa buraxılması 2013-cü il prezident seçkilərində hakim partiyanın namizədinin nüfuzuna, reytinqinə müsbət təsir göstərəcək.

R.XƏLİLOV











3 Sentyabr, 2012  18:19 Baxılıb: 1501 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner