Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avropanın ən yaxşısı kim olacaq?

Messi, Ronaldo, yoxsa İnyesta

Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gələcək. Simsar.az saytının məlumatına görə, rəsmən “UEFA Best Player in Europe” adlanan mükafata 3 namizəd var. Bunlar ötən il “Avropanın ən yaxşısı” seçilən argentinalı Lionel Messi, onun “Barselona”dakı komanda yoldaşı ispan Andres İnyesta və “Real”ın portuqaliyalı lideri Kriştianu Ronaldodur.

2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə keçirdiyi sorğunun 2-ci mərhələsində müəyyənləşəcək. Tədbirdə Azərbaycanı AFFA-nın təsisçisi olduğu “Futbol dünyası” qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edəcək.

Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edir. İyunun 20-də start götürən və iyulun 4-ə kimi davam edən ilkin mərhələdə respondentlər ən yaxşı saydıqları 5 futbolçunu seçiblər və anketlərdə 1-ci göstərilən 5 xal, 2-ci göstərilən 4 xal, 3-cü göstərilən 3 xal, 4-cü göstərilən 2 xal və 5-ci göstərilən 1 xal qazanıb.

Sorğuya qatılanlar Avropa klublarında oynayan istənilən qitənin nümayəndəsinə səs verə bilərlər.

Səsvermənin həlledici mərhələsi bu gün Monakodakı “Grimaldi Forum” sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçiriləcək. Tədbir Bakı vaxtilə saat 20:30-da başlayacaq. Avqustun 31-də isə sorğu iştirakçıları Monakodakı “Stad Lui II” arenasında Avropa Superkuboku uğrunda “Çelsi” – “Atletiko” qarşılaşmasını izləyəcəklər






30 Avqust, 2012  18:27 Baxılıb: 972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner