Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Tanınmış baş məşqçi intihar etdi


Ölümün səbəbini yalnız həkim rəyindən sonra bilinəcək


Qadın voleybolçulardan ibarət Rusiya yığmasının və Moskva “Dinamo”sunun baş məşqçisi Sergey Ovçinnikov vəfat edib. Simsar.az-ın Rusiya KİV-inə istinadən məlumatına görə, 9 gündür Xorvatiyada təlim-məşq toplanışında olan 44 yaşlı mütəxəssisin müəmmalı ölümü ilə bağlı artıq müxtəlif versiyalar yayılıb.
Belə ki, yığmanın sabiq baş məşqçisi Vladimir Kuzyutkin xələfinin intihar etdiyini açıqlayıb.
“Dinamo” rəhbərliyi, həmçinin klubun Xorvatiya səfərinin təşkilatçısı olan şirkət isə ölümün səbəbini yalnız həkim rəyindən sonra bilinəcəyini deyiblər. Ovçinnikovun son vaxtlar başağrısından əziyyət çəkdiyi də iddia olunur.
Qeyd edək ki, ötən ilin dekabrından Rusiya millisində çalışan mərhum məşqçi London Olimpiadasının 1/4 finalında Braziliyaya uduzmuşdu. “Dinamo” ilə ölkə çempionatında gümüş medal qazanan Ovçinnikov komandasını Çempionlar Liqasının oyunlarına hazırlayırdı ki, orada da Azərbaycan klubu “Lokomotiv”lə eyni qrupda yer almışdı.






29 Avqust, 2012  20:40 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner