Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AYIN 13-Ü CÜMƏ GÜNÜ

Bu gün doğurdanmı nəhsdir?

Bir çoxlarımız 13 rəqəmini nəhs adlandırırıq. Əgər ayın bu günü cümə gününə düşürsə, onda vay onun halına. Bu gün heç kim toy etmək, səyahətə çıxmaq, hər hansı bir işin dalınca getmək istəmir. Sanki, evdə qaldığımız və ya yatdığımız bir vaxtda başımıza bir işin gəlməsini mümkünsüz edirik. Bəs 13 rəqəmi, eləcə də cümə gününün uğursuz elan olunmasının səbəbi nədir? Bunuunla bağlı hansı inanclar, tarixi hadisələr mövcuddur?

Bu inanc «triskaidekarhobiya» - adlandırılır. Bu söz yunanca üç, on hobbi sözlərindən əmələ gəlir. Sözə ilk dəfə 1911-ci ildə «Abnormal Psichology» jurnalında rast gəlinib.

1993-cü ildə «Cümə sağlamlıq üçün ziyanlıdırmı» başlıqlı araşdırma yayılıb. Müəllif bir neçə il boyunca ayın 13-ü cümə günlərinə təsadüf edən qəzaların siyahısını tutub. Məlum olub ki, belə günlərdə insanlar öz maşınları ilə yola çıxmağa üstünlük verməsələr də, yol qəza hadisələrinin sayı başqa günlərə nisbətən xeyli çox olur. Nəticə belədir: «13 cümə bəziləri üçün uğursuzdur. Həmin gün maşın qəzalarından xəstəxanalara gedənlərin sayı 52 faizə qədər yüksələ bilir. O gün evdən çıxmamaq məsləhətdir».

İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl sonuncu dəfə yemək yediyi zaman onunla süfrə başında 13 nəfər oturmuşdu - İsa peyğəmbər və 12 havari. Sonradan 13 rəqəmi lənətləndi. Həmçinin belə bir inanc da yarandı ki, 13 nəfər süfrə arxasına oturarsa, onlardan biri dünyasını dəyişə bilər.

Yəhudilər 13 rəqəmin uğursuzluğunu əlifba sırasındakı 13-cü hərfin «m» olması ilə əlaqələndirirlər. Belə ki, bu hərf «mavet» (ölüm) sözünün baş hərfidir.

Bəzi ölkələrin otellərində müştərilər 13 nömrəli otaqda qalmaq istəmədiklərdən otaqlar 12, 12 A və 14 kimi sıralanır. Bəzi binalarda isə 13-cü mərtəbə olmur. Bir sıra ölkələrdə evlərə 13 nömrəsini vermirlər.

Bəziləri 13 rəqəminin uğursuzluğunu insanların ilkin sayma bacarığı ilə əlaqələndirilir. Belə ki, insanların 10 barmağı və iki əli olduğundan onlar yalnız 12-yə qədər saya bilirdilər. Bundan sonrakı rəqəmlərdən isə qorxurdular.

Meksikada isə əksinə 13 rəqəmi uğurlu - şans gətirən rəqəm kimi qəbul edilir.

İslam dünyasında da 13 rəqəmi uğurlu rəqəm hesab olunur. Müsəlmanlar üçün önəmli olan bəzi rəqəmlərin cəminin 13 etməsi bunun sübutu kimi göstərilir. Məhəmməd Peyğəmbərin doğulduğu 571 tarixi də bu misallar içərisindədir.

Cümədən qorxuya isə yunanca - «paraskevidekarhobiya» deyilir. Bu da paraskevi - cümə, dekatries - 13, hobi isə hobiya deməkdir. Cümənin uğursuzluğunu ilk dəfə Cioghino Rossinin 1869- cu ildə yazdığı bioqrafiyada rast gəlinib.

İnanclara görə, cümə günü yataq örtükləri dəyişdirilərsə, yatan adam yuxuda kabus görər. Həmin gün səfərə çıxan şəxs uğursuzluğa düçar olar. Cümə günü dırnaqlarını tutan adamın onu kədərdən tutduğu deyilir.

Cümə günü dənizə çıxan gəmi qəzaya uğrayar - XIX əsrdə cümə günü dənizə çıxıb, heç bir xəbəri çıxmayan – “Friday” gəmisi kimi. Həmin gəminin kapitanı da məhz cümə günü qorxusunu sındırmaq üçün bu günü seçmişdi.

Böyük Britaniyanın «British Medichal Journal»ı cümə günü avtomabil qəzalarının 52 faiz çox olduğu barədə araşdırma dərc edib.

Alman Sığorta Mərkəzi isə bunun əksinə olan bir hesabatla çıxış etdi. 12 iyun 2008-ci ildə çap edilmiş araşdırmaya görə ayın 13-ü cüməyə təsadüf edən günlərdə daha az qəza, oğurluq və yanğın olur.
Hollandiyada da bu günlərdə maşın sürmək daha etibarlı saylır.

Azərbaycanda 13 rəqəmi ilə bağlı xüsusi qorxu yoxdur. Amma bu rəqəmin nəhs olduğuna inananlar da az deyil. Ölkəmizdə 13-lə başlayan avtomabil dövlət nömrə nişanları yoxdur.

Bəziləri isə 13 rəqəmini uğurlu hesab edir.

Xatirə Nəsirli











25 Avqust, 2012  15:39 Baxılıb: 1674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner