Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: “Texniki tərəqqinin fəsadları”

Bir sözlə, vəziyyətim çıxılmazdır.  

Bizim xalqın texniki tərəqqyə münasibəti həmişə orijinal olub. İlk avtomobilin içində onu hərəkətə gətirən kəl axtarıb, televizoru ilk dəfə açanda konsert proqramı ilə üzləşdiyi vaxt ansamblın heyətinə yemək-içmək düzəltmək fikrinə düşüb, təyyarəyə şeytan əməli deyib və s...
Amma bizimkilərin texniki yeniliklərə bağlanmağından da olmaz. İstənilən texniki yeniliyi ağız büzə-büzə, ironiyayla, inamsızlıqla qarşılasa da, onu bağrına bir basdımı – vəssalam. Daha sən onu tevizorun qabağından qaldıra, gecə yatanda da mobil telefonundan ayıra bilməzsən.
İnternet məsələsində də bizimkilər yenə öz orijinalıqlarını göstərdilər. Yadımdadı, jurnalistliyə təzə başlayan vaxtlarım idi. Kəndə getmişdim. Qonum-qonşu arvadlar məndən soruşdular ki, nə yazırsan? Dedim, ora-bura zəng eləyib xəbər öyrənirəm, alınmayanda da internetə girirəm, ordan tapıram.
Səhəri gün evimizdə qan düşdü. Kənd arvadları gəlib bizimkilərə deyibmişlər ki, utanmırsınız, qızınız şəhərdə internetə girir. Qızı çöldən tapmısınız, elə pis-pis yerlərə qoyursunuz, qoy süfrənizin qırıq-quruğundan yeyib, otursun evdə. Heç kimə izah edə bilmədim ki, internetdə əxlaqsızlıq-zad yoxdu, bu bir sistemdi.
Məlum oldu ki, internet kənd yerində xüsusi bir budkaya deyirlər. O budkanın qapısına «internet» yazılır. İçəridə də kənd cavanları porno-saytlara baxır, nəşə-zad çəkir. Buna görə də kənd camaatının yanında internet deyəndə, gözlərinin qabağına belə bir yer gəlir.
Nəsə evdə vəziyyəti başa salana qədər bir vedrə tər tökdüm.
Amma bunun öz üstünlükləri də vardı. O vaxt ağzıma gələni yazsam da, bir nəfər mənə gözün üstə qaşın var demirdi. İnternetdən xəbərləri olmadığına görə, yazılarımı da oxuya bilmirdilər.
Son vaxtlar əyalətdəkilər internetdən istifadə etməyi öyrənib. Əməlli-başlı qana düşmüşəm. Kənd-kəsəkdə bilirlər ki, yazıb-eləyirəm. Gündə adımı Googlu-da axtarışa verirlər. İki il, üç il, hətta beş-altı il əvvəl yazdığım bütün yazılara görə hesabat verməli oluram. Hansı söz kimin xoşuna gəlmir, nömrəni yığıb, izahatı şəxsən müəllifin özündən istəyir. Hünərin var, cavab vermə. O dəqiqə ailəmi məlumatlandırılar. Qızınız filan şey yazdı, filan şey dedi, bunun əl-ayağını yığışdırın, filan şeyə görə üzr istəməlidi. Gün olmur ki, beş il əvvəl yazdığım hansısa yazıya görə evdən mənə zəng gəlməsin.
Özüm də indi nəsə yazanda min ölçüb, bir biçirəm. İşətdiyim ifadələrə-zada fikir verirəm. Vay odu, nəsə xoşlarına gəlməsin. O dəqiqə ya mənə, ya atama zəng eləyirlər. Köşəni yazmağa yarım saat, onun hesabatını verməyə həftələr sərf eləməli oluram. Öz qohumlarım internetə sırf yazılarımı axtarmaq üçün girir.
Bir sözlə, vəziyyətim çıxılmazdır.







23 Avqust, 2012  18:06 Baxılıb: 1694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner