Qarşılaşmanın baş hakimi Robert Malekdir
Avropa Liqasının pley-off mərhələsinin ilkin oyunları çərçivəsində avqustun 23-də keçiriləcək “Neftçi” - APOEL oyununu polşalı hakimlər briqadası idarə edəcək. Simsar.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, oyunun baş hakimi Robert Malekdir. Onun köməkçiləri isə Krzysztof Myrmus və Maciej Verzbovskidir.
Qarşılaşmada UEFA nümayəndəsi rusiyalı Leonid Kaloşindir, hakim-inspektor isə Sergey Zuevdir.