Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bakıda yeniyetmə güləşçilərin dünya çempionatı olacaq

Yarışda dünyanın 40-a yaxın ölkəsindən qatılan pəhləvanlar qüvvəsini sınayacaq

Avqustun 21-dən 27-dək Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi dünya çempionatı keçiriləcək. Bu barədə Simsar.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.  Məlumata görə, yarışda dünyanın 40-a yaxın ölkəsinin idmançılarının iştirakı gözlənilir.

Xatırladaq ki, yarış 12 illik fasilədən sonra FİLA tərəfindən ötən ildən etibarən bərpa olunub və Azərbaycan da bu dünya çempionatını keçirmək hüququna yiyələnib. Yeganə fərq ölkəmizin həm də çimərlik güləşi üzrə yarışları da qəbul etməsi olacaq.

Dünya çempionatının proqramına əsasən, iyulun 21-22-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. İyulun 23-24-də yeniyetmə qızlar arasında çempionlar məlum olacaq. Yunan-Roma güləşçiləri döşək üzərinə iyulun 25-26-da çıxacaqlar. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq dünya çempionatı 10 çəki dərəcəsində keçiriləcək.

Və nəhayət, iyulun 27-də “Crescent Beach”-də çimərlik güləşi yarışları keçiriləcək. Çimərlik güləşi yarışlarında sərbəst güləş üzrə oğlanların mübarizəsində 3, yeniyetmə qızların mübarizəsində isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Proqrama əsasən, yarışlar həftə içi hər gün saat 14.00-da, şənbə və bazar günü isə saat 10.00-da başlayacaq.






17 Avqust, 2012  18:56 Baxılıb: 1146 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner