Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GENİ DƏYİŞDİRİLMİŞ, ƏTLİK TOYUQLAR - ARAŞDIRMA

Eyyub Hüseynov «ziyanlıdır», Emin Şahbazov isə «qida böhranının qarşısını alır» deyir

Bir neçə gün öncə dövlət qurumları «Broyler» toyuqlarına xüsusi maddə vurularaq, rənginin saraldılması və kənd toyuğu adı altında satışa çıxarılması haqda məlumatlar yaydı. Sonradan həmin maddənin insan orqanizminə ciddi ziyan vuracaq tərkibə malik olduğu məlum oldu. Bu xəbər Broyler toyuğu mövzusunu yenidən gündəmə gətirdi. Onsuz da 35-40 gün ərzində ərsəyə gələn bu toyuqların keyfiyətli və ziyansız olması ilə bağlı əhali arasında inamsızlıq mövcuddur. Baxmayaraq ki, bu toyuqlar qida rassionumuzun əsas elementlərindən birinə çevrilib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə mətbuatında verilən və Azərbaycan KİV-in də yayılan bir məqalədə daha ciddi məqamlar ortaya qoyulmuşdu. İstanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya İnstitunun müəllimi Yavuz Dizdar xərçəng xəstəliyinin yayılmasının əsas səbəblərindən birinin broyler toyuqları ilə bağlı olduğunu demişdi. Toyuqlara harmon vurulduğunu iddia edən müəllimə görə, onların yumurtası da təhlükə mənbəyidir. Lakin onu da bildirək ki, Türkiyə ilə Azərbaycanda toyuqların yetişdirilməsi prosesində müəyyən fərq var.

Broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur. Lakin genetikası dəyişdirilmiş məhsulların ziyanlı olub - olmaması müzakirə mövzusudur. Bu haqda konkret rəylər mövcud olmasa da, hər halda inkişaf etmiş ölkələrdə bundan az istifadə etməyə çalışırlar. Bəzi dövlətlər GMO -ların müəyyən faizlə tətbiqinə imkan verirlər. Bizdə isə bununla bağlı hər hansı bir qayda və ya qanun mövcud deyil. Əksinə, «Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında» qanuna görə, Azərbaycanda hər cür GMO-dan istifadə oluna bilər.

Mövzu ilə bağlı mütəxəssislərin rəyi də fərqlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ümumiyyətlə Azərbaycanın əmtəə bazarının ərzaq sektorunun vəziyyəti bərbaddır. O cümlədən də Broyler fabriklərinin istehsal etdiyi genetik madifikasiya olunmuş məhsulların insan orqanizminə ciddi ziyanları ola bilər: «Bu azmış kimi kənd toyuğu adı altında qablaşdırılmamış, etiketləşdirilməmiş, antisanitariya şəraitində kəsilən, təmizlənən və yuyulan məhsulları satırlar. Dövlət orqanları hələ təkcə aysberqin görünən hissəsinə toxunublar. Bu cür faktlar çoxdur. Təkcə Maştağa qəsəbəsində bu cür iki fabrik var. Onlar qeyri-qanuni olaraq toyuq istehsalı ilə məşğul olurlar».
AİB sədrinin sözlərinə görə, ölkəmizdə bundan da dəhşətli faktlar mövcuddur: «Regionlardan çölə atılmış, murdar heyvanları paytaxta gətirib, gecə saat 3-5 radələrində bazarlarda satırlar».

Eyyub Hüseynovun bildirdiyinə görə, bütün bu faktlarla mübarizədə dövlət orqanlarının fəaliyyəti qənaətbəxş deyil.

O, qeyd etdi ki, onurğa sütunu yırtığının çoxalmasının səbəblərindən biri də Broyler toyuqlarıdır. Bundan başqa həmin toyuqlar məlum olmayan mədə-bağırsaq problemləri, sümük boşluğu yarada bilər. Bu da toyuqlara verilən yemin tərkibi ilə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, Azərbaycanda hər üç nəfərdən birinin zəhərləndiyini deyən AİB sədrinin sözlərinə görə, buna baxmayraq, statistikada il ərzində zəhərlənənlərin sayı 1000 nəfərə yaxın göstərilir: «Halbuki ÜST-nin hesabı ilə, zəhərlənənlərin sayı 2.5 milyon olmalıdır. İllik statistikaya görə, zəhərlənmədən cəmi bir nəfər ölüb. Çünki, ölənlərin ölüm səbəbi kimi zəhərləndikləri göstərilmir. Bu da onunla bağlıdır ki, Səhiyyə Nazirliyi araşdırmadan hər bir məhsula təhlükəsizlik sertifikatı verir».

Birlik sədri bir məqamı da qeyd etdi ki, ABŞ-ın İnkişaf Agentliyinin dəstəyi ilə AİB 8 ay müddətində müxtəlif müəssisələrdə, o cümlədən Broyler müəssisələrində yoxlamalar aparacaq. İstehsal keyfiyyətinə görə, həmin müəssisələrə qızıl, gümüş və platin sertifikatlar veriləcək. Bunun üçün Birlik üzvləri kurslarda təlimlər keçiblər.

Kənd Təsərüfatı Nazirliyinin Baytarllıq Xidmətinin rəis müavini Emin Şahbazov isə Broyler toyuğunun ziyanlı olması ilə bağlı fikirlərlə razılaşmır: «Broyler» toyuqlarını Maştağada icad etməyiblər. Dünyanın hər yerində - ABŞ-da. Fransada, Türkiyədə də broyler yeyirlər. Necə olur ki, bizim ölkəyə gəlib çıxanda broyler ziyanlı olur».

Toyuqların genetik modifikasiyaya olunmasına gəlincə, Emin Şahbazov dedi ki, bu cür məhsullardan da bütün dünyada istifadə olunur: «GMO-ların ziyanı və ya xeyri hələ təsdiq olunmayıb. Lakin məsələn, Rusiyada GMO-ların tətbiq olunmasında 3-5 faizdən söhbət gedir. Yəni elə məhsulla tətbiq oluna bilər ki, onlara ziyan vurmasın. Bizdə də GMO-nu müəyyən edən aparatura yoxdur».
Broyler toyuqlarının ətlik cins olduğunu deyən dövlət səlahiyyətlisi qeyd etdi ki, istər iribuynuzlu heyvanlarda, istərsə də toyuqlarda cinslərin yaradılması uzunmüddətli təkmiləşdirmənin nəticəsi olur: «Ev quşları yediyi qidanın məsələn, 70 faizini enerjiyə çevirdiyi halda, broyler toyuqları həmin 70 faizi ətə çevirirlər. Buna görə də onlar 35-40 gün içərisində 1-2 kiloqram olur».
Onların yediyi qidanın da Azərbaycanda istehsal olunmadığını deyən E.Şahbazovun sözlərinə görə, həmin yem bütün dünyada istifadə olunur.
Emin Şahbazov bir məsələyə də diqqəti yönəltdi. Qeyd etdi ki, bu cür cinslərin yaradılmasının əsas səbəbi dünyada qida böhranının yaranmasının qarşısını almaqdır. 
Bununla yanaşı Baytarlıq İdarəsinin səlahiyyətlisi ölü heyvanların satışı, hər hansı maddə qatılaraq, toyuqların rənginin saraldılması faktlarının cinayət xarakteri daşıdığını dedi: «Bu baytarlıq idarəsinin işi deyil».

Xatirə Nəsirli






17 Avqust, 2012  18:15 Baxılıb: 4203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner