Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Toğrul Əsgərov London Olimpiadasının ilk 15 qəhrəmanından biridir

Rusiya mətbuatı idmançımızı fərqləndirdi

XXX London Yay Olimpiya Oyunlarının ən böyük sürprizlərinin siyahısı açıqlanıb. Simsar.az saytının məlumatına görə, Rusiya mətbuatı Böyük Britaniya paytaxtını fəth edən 15 qəhrəmanı fərqləndirib. 

Olimpiadanın ən böyük sürprizi kimi 15 yaşlı litvalı üzgüçü Ruta Meylutiteni görən həmkarlarımız “Top-15”də Azərbaycan təmsilçisinə də yer verib. Belə ki, Olimpiadada ölkəmizə ilk qızıl medalı qazandıran Toğrul Əsgərov bu siyahıda yer alıb. Sərbəst güləş yarışlarında 60 kq çəki dərəcəsində çempionluğu bayram edən 19 yaşlı gənc idmançımız sürprizlərin cədvəlində 11-ci pilləni tutub.

Rusiyalılar Toğrulun qələbəsini ürəkağrısı ilə qələmə alıb: “Rusiya azarkeşlərinin ürəyini dağlayan daha bir sürpriz isə Toğrul Əsgərov oldu. Bu il Avropa çempionu olan, 2 il əvvəlki dünya çempionatında Moskvada gümüş medal qazanan güləşçi bu dəfə birinci oldu. Həmin vaxt başqa çəki dərəcəsində çıxış edən Əsgərov indi nailiyyətləri qarşısında hamının “donub qaldığı” Besik Kuduxovla eyni çəkidə mübarizə aparırdı. Rusiyalı 4 dəfə dünya çempionu olmuşdu və finalda aşkar favorit sayılırdı. Lakin o, 19 yaşlı azərbaycanlıya məğlub oldu”.

Qeyd edək ki, Toğrul Besiki hər 2 hissədə məğlub edib – 1:0, 5:0.






16 Avqust, 2012  17:52 Baxılıb: 1768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner