Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Messi, yoxsa Ronaldo?

Final səsverməsi avqustun 30-da Monakoda Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatması zamanı olacaq



UEFA-nın 2011/12 mövsümünün ən yaxşı futbolçusu adını qazanmağa namizədlər siyahısında 3 iddiaçı qalıb. Simsar.az UEFA-nın saytına istinadən məlumat verir ki, bunlar İspaniya çempionatında yarımmüdafiəçi Andreas İnyesta, hücumçular Lionel Messi (hər ikisi “Barselona”) ilə Kriştianu Ronaldodur (“Real”).

UEFA-ya üzv olan bütün milli assosiasiyaları təmsil edən jurnalistlərdən ibarət münsiflər heyəti 32 nəfərdən ibarət ilkin siyahını 3 nəfərə kimi azaldıb. Bunlar arasında lider sayılan Messi ötən il bu mükafatın sahibi olub.

Final səsverməsi avqustun 30-da Monakoda Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatması zamanı olacaq. Şansı yüksək olan 25 yaşlı argentinalı hücumçu ötən mövsümü yüksək məhsuldarlıqla keçirib.

Belə ki, o, İspaniya çempionatında 50 qol vurub, Avropa çempionatlarının bombardiri kimi “Qızıl buts”u alıb və rekord 14 qolla ardıcıl 4-cü dəfə ÇL-nin bombardiri olub. Ronaldo çempionatda 46 qol vurub, İnyesta isə son Avropa çempionatının ən yaxşı futbolçusu seçilib.
Monakoda jurnalistlər 3 namizədə canlı efirdə elektron sistemlə səs verəcək. İlk turdakı səsvermədə hər jurnalist ən yaxşı 5 nəfərin adını çəkib. İlk yeri tutan futbolçuya 5, 2-ci və 3-cü yerin sahibləri 4 və 3 xal verilir.

Qeyd edək ki, mükafat Avropanın İdman Mətbuatı Təşkilatı ilə birgə təsis olunaraq, Avropa çempionatında çıxış edən futbolçulara verilir. Bu zaman vətəndaşlıq əhəmiyyət daşımır.






15 Avqust, 2012  15:19 Baxılıb: 1437 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner