Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MEYVƏ VƏ TƏRƏVƏZİN MƏİŞƏTDƏ FAYDASI

/

*Süfrəyə düşmüş çay ləkəsini bir neçə damcı limon şirəsi ilə asanlıqla təmizləmək mümkündür.
* Xirda-para yun şeyləri güvədən qorumaq üçün qəzetə büküb yığın. Güvə mətbəədə işlədilən rəngin iyini sevmir.
* Qaralmış alüminium qabın əvvəllki kimi parıltılı olmasını istəyirsinizsə, həmin qablarda sirkə qatılmış su qaynadın. Sonra qabları soyuq su ilə yuyub quru dəsmalla parıldayanadək silin. Bunun üçün hər litr suya bir xörək qaşığı sirkə tökmək lazımdır.
* Çayı, kakaonu, qəhvəni, istiotu, balı, yarmanı, makaronu və s.qapalı qablarda saxlamaq məsləhətdir.
* Qəhvə pıçalına batırılmış yaş əski ilə qazanı asanlıqla yuyub təmizləmək olar.
* Stəkanları duzlu su ilə yuyub, sonra da soyuq su ilə yaxalasanız, onlar büllur kimi parıldayar.
* Çiy soğanla çəngəl-bıçaqda olan pas asanlıqla təmizlənir.
* Çirklənmiş güzgünü lil qatılmış soyuq su ilə yuduqda ləkəsi tamam təmizlənir, parıltılı olur. Dəmlənmiş çay ilə də güzgünü silib təmizləmək mümkündür.
* Divara vurduğunuz mıx tez-tez yerindən qopursa,onu çıxarıb qəzet parçası sarıyın. Sarınmış mıxı suda isladib əvvəlki yerinə vurun. Bir vaxtdan sonra qəzet quruyub mıxı divarda möhkəm saxlayacaq.
* Əzilib qırışmış yun paltarı ütüləmədən də düzəldib səliqəyə salmaq olar. Bunun üçün onu qaynar su tökülmüş ləyənin üstündən asmaq kifayətdir.
* Güvə bəzi bitkilərin ətrindən qaçır. Odur ki, evinizdə güvənin olduğunu müşahidə etmisinizsə, ətirli bitkilərdən istifadə edin. Nanə, reyhan, qaymaqçiçəyi, yarpız və s. ətirli bitkilər güvəni məhv etmək üçün ən yaxşı vasitədir.
* Tül pərdələri ilıq ütü ilə ütüləyin. Adi pambıq sapdan toxunmuş tülləri azca nəm halda hamarlayıb əvvəlki şəklinə salıb ütüləmək məsləhətdir.
* Çaydan ərp bağlayıbsa onu asanlıqla təmizləyə bilərsiniz. Bir hissə sirkə və 6 hissə suyu çaydana töküb qaz piltəsinin üstünə qoyun. 60-70 dərəcəyə qədər qızdırın. Sonra təmiz su ilə yuyun.
* Yanmış qazanı təmizləmək üçün ona duzlu su töküb səhərə qədər saxlayın. Ertəsi gün qazanı odun üstündə qaynadın. Qazan təmizlənəcək.


ƏRİK-XƏRÇƏNGƏ QARŞI QORUYUCU

Yaş və quru ərikdə insan sağlamlığı üçün bir çox xüsusiyyət vardır. İnsan vücudunun günlük enerji və protein ehtiyacının qarşılanmasında çox az iştirakı olmasına baxmayaraq, yaş ərik mineral maddələrdən potasium və betakaroten maddəsi baxımından çox zəngindir. A vitamininin ön maddəsi olan betakaroten; vücudu və orqanları əhatə edən epitel toxuması, göz sağlamlığı, sümük, diş inkişafı və endokrin bezlərinin çalışması üçün lazımdır. Bir qayısının rəngi nə qədər canlıdırsa, içindəki betakaroten nisbəti o qədər yüksəkdir.
Qaysı, sağlamlığın taraz şəkildə davamına və xəstəlikləri önləməyə vəsilə olacaq mahiyyətdə yaradılmışdır. Ərikdə olan A vitamini, çoxalma və böyümədə; infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir. Digər tərəfdən A vitamini normal vücud hüceyrələrinin bədxassəli hüceyrəyə çevrilməsinin başlıca cavabdehi olan aktiv karsinogenlərdən təkli oksigen radikallarının meydana gəlməsinin və ya meydana gəldikdən sonra təsirsiz qalmasının qarşısını ala bilir. Bundan başqa, A vitamini hüceyrələrin müqavimətinin artmasına vəsilə olaraq xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirməkdədir. Beləliklə, sərbəst radikalların meydana gəlməsi və hüceyrə ölümünə səbəb olan protein və yağ turşularının pozulma reaksiyalarının dayandırılması təmin edilir.
Ərikdə natrium az, potasium isə çox olduğuna görə, qəlb çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və qəlb əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğunu öyrənilmişdir. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır. Quru qayısıya rəngi getməsin deyə əlavə olunan sulfat dioksidin astma kimi allergiyalara xeyirli olduğu müəyyən edilmişdir.
Quru qayısının qida və sağlamlıq baxımından digər önəmli xüsusiyyəti də lifli qida olmasıdır. Quru qayısının 100 qramında təqribən 24 qram lif var. Yeniyetmə bir insanın günlük lif ehtiyacı isə 25 qramdır. Dietlə qəbul edilən bu liflər, həzm sistemimizdə ifraz olunan fermentlər tərəfindən hidroliz edilə bilməyən polisaxarit və liqnin kimi birləşmələrdən ibarətdir. Bu lif; irritabl kolon sindromu, xroniki ürək xəstəlikləri, kolon xərçəngi, diş və şəkər xəstəliyi, apendisit, qəbzlik, hemoroid və kökəlmə kimi xəstəliklərin meydana çıxma riskini azaldır və bağırsaqların düzgün çalışmasına kömək edir.
İnsan vücudunu mükəmməl Yaradan, vücudun ehtiyacı olan qidaları da ən mükəmməl şəkildə yaratmış və insanların xidmətinə təqdim etmişdir.


DƏRDLƏRƏ DƏRMAN-QIZIL GÜL

Qızıl gül gülçiçəklilər fəsiləsindən çoxillik bitkidir. Vətəni əsasən Anadolu, İran və Çindir. Şimal yarımkürəsində 400 ə qədər yabanı növü məlumdur. Qızı lgül kolunda 800,1000 ə qədər çiçək hər çiçəkdə isə 80 əyaxın ləçək olur.Bir çiçəyin çəkisi təqribən 3 və ya 4 qrama çatır. Qızıl gül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədi ilə becərilir. Güldən alınan yağ ətriyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa, qızılgül yağından təbabətdə də istifadə olunur.
Qızıl gülün faydaları bunlrdır: Boğaz iltihablarına və badamcıq vəzlərinə qarşı təsirlidir. Mikroböldürücü təsirə malikdir. Dəri və dəri xəstəliklərinə qarşı faydalıdır. Ağız yaralarının sağalmasına kömək edir. Diş ağrılarınə aradan qaldırır. Öksurəyin qarşısını alır. Tərləməyə qarşı faydalıdır. Ürək bulanmasının  qarşısını alır. Qan azlığına faydalıdır. Allergiyaya qarşı faydalıdır. Qızıl gül suyu temperatoru aşağı salır. Qızıl gül mürəbbəsi həzm prosesini asanlaşdırır.


İMMUNİTETİN DOSTU-PORTAĞAL

Qədim məhsuldarlıq simvoludur və bu mənada uzun müddət sevgi və nikahla bağlanırdı. Qədim Çində portağal meyvəsi əbədilik və uğur simvoludur. Portağal ağacının gülləri gəlinlərin tacında istifadə olunan bolluq rəmzidir. Çində xoşbəxtlik və sevinc arzulayan şəxslərin portağal hədiyyə etməsi ənənədir. Portağalın istifadəsi isə sevinc və şənlik gətirməli idi.
Portağal şirəsi çoxlu həə C vitamininə malik olmasına görə soyuqlama və avitaminoz xəstəliklərinin profilaktikası və müalicəsi üçün ilin soyuq vaxtlarında sadəcə əvəzolunmazdır. O, tonusu qaldırır, yorğunluğu aradan götürür və qan damarlarını möhkəmləndirir, bakteriyaları öldürür, immuniteti yüksəldir, orqanizmdən xolesterinin çıxmasına kömək edir, bağırsaqların işini normallaşdırır, uşaqlarda anadangəlmə qüsurların yaranması riskini azaldır, bir çox xərçəng formalarından müdafiə edir. Həkimlər ateroskleroz və hipertoniya zamanı, həmçinin qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görür. Şirədə kifayət qədər C vitamini, biotin və başqa xeyirli maddələr var.
Xeyirli xassələri: damarları möhkəmləndirir, immuniteti artırır, beyinin işini fəallaşdırır, hüceyrələrin mübadiləsini stimullaşdırır, piyləri əridir.
Nəyə kömək edir: soyuqdəymənin profilaktikası, piylənmə, yorulma, stres, diqqətin azalması.
Məhdudiyyətlər: mədə yarası və qastrit.
Təcrübə: boş mədəyə içmək məsləhət görülmür.

“SİMSAR”  jurnalı






13 Avqust, 2012  21:47 Baxılıb: 3295 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner