Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avarçəkənlərimiz medal üçün həlledici sınaqda

Saat 13:30-da onlar nəyə qadir olduqlarını göstərəcəklər

Bu gün Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet XXX London Yay Olimpiya Oyunlarının final mərhələsində mübarizə aparacaq. Simsar.az saytının məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yarışı lider kimi bitirən idmançılarımız həlledici sınağa saat 13:30-da çıxacaqlar.

Onların rəqibləri Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Peter Kretşmer – Kurt Kuşela (Almaniya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres – Xose Karlos Bulnes (Kuba) olacaq. Təmsilçilərimiz 4-cü yürüş zolağında yer alacaqlar.

Qeyd edək ki, bu növdə Londonda iştirakla adını Olimpiada tariximizə yazdıran duetimiz finala yüksələrək güclərini sübuta yetiriblər. Bunun üçün onların medal qazanmasına inam böyükdür.






9 Avqust, 2012  14:49 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner