Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

ÇEMPİONLAR LİQASI: Xoşbəxtlər məlum oldu

“Fənərbaxça” böyükhsablı qələbə qazandı

Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin cavab oyunları yekunlaşıb. Simsar.az saytının məlumatına görə, hələ bundan öncə son təsnifat mərhələsinə çıxan postsovet məklanı təmsilçiləri – Belarus BATE-si ilə Kiyev “Dinamo”suna “Hapoel”, “Kopenhagen”, “Panatinaikos”, AEL, “Dinamo” (Zaqreb), “Fənərbaxça”, “Bazel”, “Anderlext”, “Seltik”, ÇFR, “Helsinborq” və “Maribor” qoşulub. 14 cütdə uduzanlar isə Avroliqaya yollanırlar.

Türkiyənin ÇL-də 2 təmsilçisindən biri olan “Fənərbaxça” evdə 1:1 hesablı bərabərlikdən sonra işini çətinləşdirmişdi. Ancaq istanbullular Rumıniyada rəqibini darmadağın etməklə, son təsnifat mərhələsinə yüksəldi. Komandanın “Liverpul”dan transfer etdiyi tanınmış hollandiyalı hücumçu Dirk Kuyt etdiyi dublla qələbədə əsas pay sahiblərindən olub. “Fənərbaxça”ya yeganə qolu isə “Xəzər Lənkəran”ın transfer etmək istədiyi, ancaq sonda “Vaslui”yə keçən təcrübəli rumıniyalı hücumçusu Marius Nikulae vurub.

Ötən gün postsovet məkanı təmsilçilərinin hamısı üçün uğursuz olub. Belə ki, “Ekranas”la “Şerif” güclü rəqibləri ilə oyunlarda böyük hesabla uduzub. Özü də dəfələrlə ÇL-nin qrup mərhələsində oynamış “Anderlext” litvalıların qapısından 2 oyuna 11 cavabsız qol vurub.

Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunları


8 avqust

“Neftçi” (Azərbaycan) – “Hapoel” (İsrail) – 2:2
İlk oyun – 0:4

“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) – 2:3
İlk oyun – 0:0

“Panatinaikos” (Yunanıstan) – “Mozervell” (Şotlandiya) – 3:0
İlk oyun – 2:0

“Partizan” (Serbiya) – AEL (Kipr) – 0:1
İlk oyun – 0:1

“Dinamo” (Xorvatiya) – “Şerif” (Moldova) – 4:0
İlk oyun – 1:0

“Vaslui” (Rumıniya) – “Fənərbaxça” (Türkiyə) – 1:4
İlk oyun – 1:1

“Bazel” (İsveçrə) – “Mölde” (Norveç) – 1:1
İlk oyun – 1:0

“Ekranas” (Litva) – “Anderlext” (Belçika) – 0:6
İlk oyun – 0:5

HİK (Finlandiya) – “Seltik” (Şotlandiya) – 0:2
İlk oyun – 1:2

“Slovan” (Çexiya) – ÇFR (Rumıniya) – 1:2
İlk oyun – 0:1

“Helsinborq” (İsveç) – “Şlensk” – 3:1
İlk oyun – 3:0

“Düdelanj” (Lüksemburq) – “Maribor” (Sloveniya) – 0:1






9 Avqust, 2012  14:44 Baxılıb: 1918 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner